DTX-də Heydər Əliyevin anadan olmasının 103-cü ildönümünə həsr olunmuş konfrans keçirildi
Sosial
Oxunub: 99
8 May 2026 | 21:19
DTX-də Heydər Əliyevin anadan olmasının 103-cü ildönümünə həsr olunmuş konfrans keçirildi
Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) Mədəniyyət Mərkəzində DTX-nin Heydər Əliyev adına Akademiyasının (Akademiya) təşkilatçılığı ilə Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümünə həsr olunmuş “Heydər Əliyev və Azərbaycan Respublikasının dayanıqlı inkişaf strategiyası” mövzusunda respublika elmi-praktiki konfransı keçirilib.

“Dialoq.az ”xəbər verir ki, bu haqda Dövlət Təhlükəsizliyi Xidmətinin mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, tədbirdə DTX-nin məsul əməkdaşları, Milli Məclisin deputatları, ali təhsil müəssisələrinin rəhbər, professor-müəllim heyətləri ilə yanaşı, təhlükəsizlik orqanlarının veteranları və Akademiyanın kursantları iştirak edib.

Konfransda Akademiyanın rəisi general-mayor Elşad Nəsirov Ulu Öndərin müasir Azərbaycanın inkişafındakı müstəsna rolu barədə çıxış edərək ölkənin dayanıqlı inkişaf strategiyasının məhz əbədiyaşar lider Heydər Əliyev tərəfindən qoyulmuş möhkəm təməllər üzərində qurulduğunu və bu xəttin hazırda Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini bildirib. E.Nəsirov həyata keçirilən balanslaşdırılmış xarici siyasət nəticəsində Azərbaycanın iqtisadi və hərbi qüdrətinin artaraq regionun lider dövlətinə çevrildiyini xüsusi vurğulayıb.

Milli Məclisin sədr müavini, professor Ziyafət Əsgərov Heydər Əliyevin fəaliyyətinin bütöv bir xalqın taleyi ilə bağlı olduğunu bildirərək, onu milli dövlətçilik ideologiyasının banisi və xalqın xilaskarı kimi xarakterizə edib. Z.Əsgərov XX əsrin sonlarında ölkədə hökm sürən xaos və böhran dövründə Ulu Öndərin hakimiyyətə qayıdışı ilə dövlətçiliyin məhv olmaq təhlükəsinin qarşısının alındığını, milli birliyin bərpa edildiyini diqqətə çatdırıb. Məruzədə həmçinin, Heydər Əliyevin rəhbərliyi ilə güclü idarəçilik sisteminin qurulduğu, qanunun aliliyinin təmin olunduğu və müasir Konstitusiyanın qəbulu ilə demokratik inkişafın əsasının qoyulduğu açıqlanıb.

Mədəniyyət nazirinin müavini Səadət Yusifova Heydər Əliyevin milli-mənəvi dəyərlərin qorunmasını dövlətçilik siyasətinin prioritet istiqaməti hesab etdiyini və xalqın varlığını onun dili, tarixi yaddaşı, adət-ənənələri ilə birbaşa əlaqələndirdiyini bildirib. Ulu Öndərin ana dilinə sevgini və Azərbaycan dilinin dövlət dili kimi inkişafını strateji hədəf seçərək, milli ədəbiyyatın və incəsənətin tərəqqisinə xüsusi qayğı göstərdiyi diqqətə çatdırılıb.

Daha sonra söz alan BP-nin Xəzər regionunda kommunikasiya və xarici əlaqələr üzrə vitse-prezidenti Bəxtiyar Aslanbəyli, Bakı Dövlət Universitetinin professoru Ramiz Sevdimalıyev, Elm və Təhsil Nazirliyinin Təhsilin İnkişafı Fondunun İdarə Heyətinin sədri Nicat Məmmədli, Milli Məclisin deputatı Elman Nəsirov öz çıxışlarında Heydər Əliyevin müasir Azərbaycan dövlətinin qurulmasında danılmaz xidmətlərindən bəhs edib, Prezident İlham Əliyev tərəfindən ölkəmizin yeni inkişaf mərhələsinə yüksəldiyini, iqtisadi gücünün durmadan artdığını, qeyri-neft sektorunda irəliləyişlərə nail olduğunu bildirib. Eyni zamanda, Azərbaycanın nəqliyyat və enerji dəhlizləri vasitəsilə regional əməkdaşlıq layihələrində iştirakının və geosiyasi əhəmiyyətinin artdığı, ölkənin beynəlxalq nüfuzunun daha da möhkəmləndiyi ifadə olunaraq bütün bu nailiyyətlərin Heydər Əliyev ideyalarına sadiqliyin və İlham Əliyevin həyata keçirdiyi modernləşmə siyasətinin nəticəsi olduğu vurğulanıb.

Ulu Öndərə həsr olunmuş videoçarxın nümayişindən sonra konfrans işini bölmə iclasları ilə davam etdirib.
DTX-də Heydər Əliyevin anadan olmasının 103-cü ildönümünə həsr olunmuş konfrans keçirildi
Dialoq.az
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
Keçid et
Dün, 18:32
Gəncədə avtomobil iki piyadanı vurub
Dün, 18:29
Cinayət törətməkdə şübhəli bilinən 38 nəfər saxlanıldı
Dün, 18:21
Lənkəranda meşədə 2 nəfərin meyiti tapıldı - Biri yeniyetmədir
10-08-2026, 04:44
Sabah 11 marşrut bu dayanacaqlarda saxlamayacaq - Siyahı
10-08-2026, 04:43
Bu yol bağlanır
9-08-2026, 20:35
Gəncədə qəza - “Kamaz” ağaca çırpıldı+Fotolar
8-08-2026, 21:39
Mingəçevir Dövlət Universiteti və Azərbaycan Texniki Universiteti birgə kadr hazırlığına start verir
8-08-2026, 08:34
Ağdaş polisi qoyun oğrusunu tutub-VİDEO
8-08-2026, 08:29
“Gürcüstandakı münaqişənin sülh yolu ilə həllini dəstəkləyirik”
7-08-2026, 22:14
Ağdaşda 17 yaşlı qıza nişan keçirildi - Valideynləri polisə çağırıldı
7-08-2026, 15:28
Media və Yayım Şurası yaradıldı - Fərman
6-08-2026, 05:53
Sulutəpədə avtoservisdə yanğın baş verib Hadisə
6-08-2026, 05:50
Bakıda məşhur ticarət mərkəzində faciə
6-08-2026, 05:46
Canlı yayımda söyüş söyən daha bir tiktoker həbs edildi
6-08-2026, 05:43
Alkoqoldan imtina etdikdə beyində nə baş verir? — Araşdırmaların nəticələri
6-08-2026, 05:39
Təyyarədə baqaj yükü itən sərnişin nə etməlidir? — AÇIQLAMA
6-08-2026, 05:35
Restoranın qarşısında kütləvi dava - Bir nəfər öldü, üçü yaralandı
5-08-2026, 22:30
Bakıda məscid yanır
5-08-2026, 22:21
Gürcüstan yenidən qaranlığa qərq oldu
5-08-2026, 22:18
Tbilisi-Bakı qatarı yenə gecikdi - İşıq əngəl oldu
4-08-2026, 13:44
Mingəçevirdə bir nəfər şəxs atdan yıxılaraq xəsarət alıb
3-08-2026, 23:21
Mingəçevirdə Azərbaycan Əlifbası və Azərbaycan Dili Gününə həsr olunmuş tədbir keçirilib-VİDEO
3-08-2026, 22:49
Yevlaxda sürücü xəsarət aldı,bir neçə gün sonra dünyasını dəyişdi-VİDEO
3-08-2026, 14:35
Ombudsman Aparatının nümayəndələri hərbi hissədə olublar
3-08-2026, 14:29
Azərbaycan–Gürcüstan dəmir yolu daşımalarında sərhəd keçidi iki dəfə sürətləndirilir
3-08-2026, 13:01
Məkanlardan oğurluq edən 6 nəfər saxlanıldı – minlərlə manatlıq əmlak talanıb
3-08-2026, 12:50
“Vətəndaşlardan hər hansı hesaba pul köçürülməsi tələb olunmur” - Rəsmi