Deputat: Vətəndaşların müraciətləri daha qısa zamanda cavablandırıla bilər
Sosial
Oxunub: 85
12 May 2026 | 14:33
Deputat: Vətəndaşların müraciətləri daha qısa zamanda cavablandırıla bilər
"Vətəndaşların müraciətlərinə baxılma müddəti uzun olaraq qalmaqdadır. Belə ki, vətəndaşların müraciətinə baxılmaq müddəti 15 iş günüdür və əlavə öyrənilmə, yoxlanılma tələb edən müraciətlərə isə ən geci 30 iş günü müddətində baxılır. Rəqəmsallaşmanın ölkəmizdə inkişaf etdiyini və məlumatların inteqrasiya olunduğunu nəzərə alsaq, bu müddətin azaldılması mümkündür. Müddət azalarsa, vətəndaşların müraciətləri daha qısa zamanda cavablandırıla bilər".

Dialoq.az xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən plenar iclsında “Vətəndaşların müraciətləri haqqında” qanunda dəyişiklik edilməsi barədə qanunun layihəsinin müzakirəsi zamanı deputat Vüqar Bayramov deyib.

"Qanunun 10.2-ci maddəsinə əsasən, vətəndaşların müraciətlərinə ən geci 15 iş günü, əlavə öyrənilmə və yoxlanılma tələb edən müraciətlərə isə ən geci 30 iş günü müddətində baxılır. Vətəndaşların müraciətinə baxılma müddəti 2015-ci ildə müəyyənləşdirilib.

Ötən 10 ildə proseslər kifayət qədər rəqəmsallaşdırılıb və elektron məlumatlar inteqrasiya olunub. Azərbaycanda dataların elektronlaşdırılması sahəsində ciddi uğurların əldə edilməsinə baxmayaraq, vətəndaşların müraciətin baxılma müddəti dəyişdirilməyib.

Bu gün müzakirə etdiyimiz dəyişikliklər də vətəndaşların müraciətlərinin elektronlaşmasını dəstəkləyir və təşviq edilir. Bu isə o deməkdir ki, elektronlaşma və rəqəmsallama kontektsində vətəndaşların müraciətlərinə baxılma müddətinə baxılması və müddətin azaldılması məqsədə uyğun olardı. Çünki 15 iş günü 1 aya yaxın zaman deməkdir. Hətta dövlət qurumu tərəfindən müddət uzadılıb 30 iş günü müəyyənləşəndə bu bir ay yarım deməkdir. Etiraf edək ki, elektron məlumatların inteqrasiyasının sürətləndiyi dövrdə bu qısa müddət hesab edilə bilməz", - deyə deputat bildirib.
Dialoq.az
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
Keçid et
Dün, 18:32
Gəncədə avtomobil iki piyadanı vurub
Dün, 18:29
Cinayət törətməkdə şübhəli bilinən 38 nəfər saxlanıldı
Dün, 18:21
Lənkəranda meşədə 2 nəfərin meyiti tapıldı - Biri yeniyetmədir
10-08-2026, 04:44
Sabah 11 marşrut bu dayanacaqlarda saxlamayacaq - Siyahı
10-08-2026, 04:43
Bu yol bağlanır
9-08-2026, 20:35
Gəncədə qəza - “Kamaz” ağaca çırpıldı+Fotolar
8-08-2026, 21:39
Mingəçevir Dövlət Universiteti və Azərbaycan Texniki Universiteti birgə kadr hazırlığına start verir
8-08-2026, 08:34
Ağdaş polisi qoyun oğrusunu tutub-VİDEO
8-08-2026, 08:29
“Gürcüstandakı münaqişənin sülh yolu ilə həllini dəstəkləyirik”
7-08-2026, 22:14
Ağdaşda 17 yaşlı qıza nişan keçirildi - Valideynləri polisə çağırıldı
7-08-2026, 15:28
Media və Yayım Şurası yaradıldı - Fərman
6-08-2026, 05:53
Sulutəpədə avtoservisdə yanğın baş verib Hadisə
6-08-2026, 05:50
Bakıda məşhur ticarət mərkəzində faciə
6-08-2026, 05:46
Canlı yayımda söyüş söyən daha bir tiktoker həbs edildi
6-08-2026, 05:43
Alkoqoldan imtina etdikdə beyində nə baş verir? — Araşdırmaların nəticələri
6-08-2026, 05:39
Təyyarədə baqaj yükü itən sərnişin nə etməlidir? — AÇIQLAMA
6-08-2026, 05:35
Restoranın qarşısında kütləvi dava - Bir nəfər öldü, üçü yaralandı
5-08-2026, 22:30
Bakıda məscid yanır
5-08-2026, 22:21
Gürcüstan yenidən qaranlığa qərq oldu
5-08-2026, 22:18
Tbilisi-Bakı qatarı yenə gecikdi - İşıq əngəl oldu
4-08-2026, 13:44
Mingəçevirdə bir nəfər şəxs atdan yıxılaraq xəsarət alıb
3-08-2026, 23:21
Mingəçevirdə Azərbaycan Əlifbası və Azərbaycan Dili Gününə həsr olunmuş tədbir keçirilib-VİDEO
3-08-2026, 22:49
Yevlaxda sürücü xəsarət aldı,bir neçə gün sonra dünyasını dəyişdi-VİDEO
3-08-2026, 14:35
Ombudsman Aparatının nümayəndələri hərbi hissədə olublar
3-08-2026, 14:29
Azərbaycan–Gürcüstan dəmir yolu daşımalarında sərhəd keçidi iki dəfə sürətləndirilir
3-08-2026, 13:01
Məkanlardan oğurluq edən 6 nəfər saxlanıldı – minlərlə manatlıq əmlak talanıb
3-08-2026, 12:50
“Vətəndaşlardan hər hansı hesaba pul köçürülməsi tələb olunmur” - Rəsmi