Mingəçevir Dövlət Universiteti beynəlxalq akademik mobillik üzrə rekord nəticə əldə edib: Universitetin 68 əməkdaş və tələbəsi “Orhun Mübadilə Proqramı”na qəbul olub

Mingəçevir Dövlət Universiteti beynəlxalq akademik mobillik sahəsində mühüm uğura imza atıb.
Dialoq.az xəbər verir ki,Universitet Orhun Mübadilə Proqramı çərçivəsində ən yüksək qəbul göstəricisinə nail olaraq fəaliyyət göstərdiyi dövr ərzində rekord nəticə əldə edib.

Bu münasibətlə MDU-nun rektoru Anar Eminov proqram çərçivəsində Türkiyə, Özbəkistan, Qazaxıstan və Qırğızıstan universitetlərinə qəbul olunan tələbə və müəllimlərlə görüş keçirib. Görüşdə proqram üzrə uğur qazanan 56 tələbə və 12 müəllim iştirak edib.

Bildirilib ki, qəbul olunan tələbələrin böyük əksəriyyəti mühəndislik və iqtisadiyyat ixtisasları üzrə təhsil alacaq. Əldə olunan yüksək nəticə universitetin beynəlxalq mobillik imkanlarının genişləndiyini və tələbələrin qlobal təhsil mühitinə artan marağını əks etdirir.

Rektor Anar Eminov çıxışında proqram iştirakçılarını təbrik edərək onların gələcək fəaliyyətlərində uğurlar arzulayıb. O qeyd edib ki, beynəlxalq mübadilə proqramları tələbələrin peşəkar inkişafına, yeni bilik və bacarıqlar əldə etməsinə, eləcə də universitetin beynəlxalq əməkdaşlıq əlaqələrinin möhkəmlənməsinə mühüm töhfə verir.

Görüş zamanı tələbələrə xarici universitetlərdə təhsil aldıqları müddətdə Mingəçevir Dövlət Universitetini layiqincə təmsil etmək, akademik fəaliyyətlərdə fəal iştirak etmək və qazandıqları bilikləri gələcəkdə ölkənin inkişafına yönəltmək tövsiyə olunub. Eyni zamanda, rektor bu uğur münasibətilə valideynlərə universitet rəhbərliyinin təbriklərinin çatdırılmasını xahiş edib.

Qeyd edək ki, əldə olunan nəticə Mingəçevir Dövlət Universitetinin beynəlxalq mübadilə proqramları üzrə tarixində ən yüksək qəbul göstəricisi kimi qiymətləndirilir.

.

.

.

.

Dialoq.az
Bugün, 00:39
Yevlaxda ağır qəzada iki nəfər ölüb, 5 nəfər xəsarət alıb
Dün, 17:48
Ağdaşda intihar hadisəsi baş verib-VİDEO
11-08-2026, 18:32
Gəncədə avtomobil iki piyadanı vurub
11-08-2026, 18:29
Cinayət törətməkdə şübhəli bilinən 38 nəfər saxlanıldı
11-08-2026, 18:21
Lənkəranda meşədə 2 nəfərin meyiti tapıldı - Biri yeniyetmədir
10-08-2026, 04:44
Sabah 11 marşrut bu dayanacaqlarda saxlamayacaq - Siyahı
10-08-2026, 04:43
Bu yol bağlanır
9-08-2026, 20:35
Gəncədə qəza - “Kamaz” ağaca çırpıldı+Fotolar
8-08-2026, 21:39
Mingəçevir Dövlət Universiteti və Azərbaycan Texniki Universiteti birgə kadr hazırlığına start verir
8-08-2026, 08:34
Ağdaş polisi qoyun oğrusunu tutub-VİDEO
8-08-2026, 08:29
“Gürcüstandakı münaqişənin sülh yolu ilə həllini dəstəkləyirik”
7-08-2026, 22:14
Ağdaşda 17 yaşlı qıza nişan keçirildi - Valideynləri polisə çağırıldı
7-08-2026, 15:28
Media və Yayım Şurası yaradıldı - Fərman
6-08-2026, 05:53
Sulutəpədə avtoservisdə yanğın baş verib Hadisə
6-08-2026, 05:50
Bakıda məşhur ticarət mərkəzində faciə
6-08-2026, 05:46
Canlı yayımda söyüş söyən daha bir tiktoker həbs edildi
6-08-2026, 05:43
Alkoqoldan imtina etdikdə beyində nə baş verir? — Araşdırmaların nəticələri
6-08-2026, 05:39
Təyyarədə baqaj yükü itən sərnişin nə etməlidir? — AÇIQLAMA
6-08-2026, 05:35
Restoranın qarşısında kütləvi dava - Bir nəfər öldü, üçü yaralandı
5-08-2026, 22:30
Bakıda məscid yanır
5-08-2026, 22:21
Gürcüstan yenidən qaranlığa qərq oldu
5-08-2026, 22:18
Tbilisi-Bakı qatarı yenə gecikdi - İşıq əngəl oldu
4-08-2026, 13:44
Mingəçevirdə bir nəfər şəxs atdan yıxılaraq xəsarət alıb
3-08-2026, 23:21
Mingəçevirdə Azərbaycan Əlifbası və Azərbaycan Dili Gününə həsr olunmuş tədbir keçirilib-VİDEO
3-08-2026, 22:49
Yevlaxda sürücü xəsarət aldı,bir neçə gün sonra dünyasını dəyişdi-VİDEO
3-08-2026, 14:35
Ombudsman Aparatının nümayəndələri hərbi hissədə olublar
3-08-2026, 14:29
Azərbaycan–Gürcüstan dəmir yolu daşımalarında sərhəd keçidi iki dəfə sürətləndirilir