Azərbaycanda əsgərlər həftəsonu evə buraxıla bilər? — AÇIQLAMA
Sosial
Oxunub: 51
2 Haz 2026 | 20:04
Azərbaycanda əsgərlər həftəsonu evə buraxıla bilər? — AÇIQLAMA
Bir sıra ölkələrdə müddətli həqiqi hərbi xidmət keçən əsgərlərin müəyyən qaydalar çərçivəsində həftə sonları ailələrinin yanına buraxılması təcrübəsi tətbiq olunur. Bu yanaşmanın əsgərlərin psixoloji durumuna, sosial adaptasiyasına və xidmət motivasiyasına müsbət təsir etdiyi bildirilir. Azərbaycanda da gələcəkdə belə bir modelin tətbiqi mümkün hesab edilə bilərmi və bunun üçün hansı şərtlər nəzərə alınmalıdır?

Dialoq.az xəbər verir ki,hərbi ekspert Heydər Mirzə mövzu barədə Demokrat.az-a açıqlamasında deyib ki, bu bəzi ölkələrdə tətbiq olunur:

“Lakin bu sistemin tətbiqi hər ölkənin özünəməxsus şərtlərindən asılıdır. Burada əsas məsələ təkcə hərbi xidmət müddəti deyil, ordunun təşkilati strukturu və konseptual yanaşmasıdır. Naxçıvanda belə bir təcrübənin tətbiq olunması müsbət qiymətləndirilə bilər. Amma bu o demək deyil ki, həmin sistem mütləq şəkildə bütün ölkə üzrə tətbiq edilməlidir. Sadəcə olaraq bu, əlavə bir təcrübədir və gələcəkdə onun nəticələri əsasında müəyyən praktik çıxarışlar edilə bilər. Ümumiyyətlə, bu sistemin hər yerdə tətbiqi olduqca spesifik və unikal şərtlərlə bağlıdır. Azərbaycan elə böyük coğrafiyaya malik ölkə deyil ki, məsələn, ölkənin qərbi ilə şərqi arasında ciddi zaman və ya iqlim fərqləri olsun. Biz Rusiya, Çin və ya ABŞ kimi geniş ərazilərə malik ölkələr deyilik ki, çağırışçı tamamilə fərqli və sərt mühitə düşsün”.

O bildirib ki, doğrudur, işğaldan azad olunmuş ərazilər var, Ermənistanla yekun sülh sazişi imzalanmayıb və sərhəd bölgələrində müəyyən risklər mövcuddur:

“Amma buna baxmayaraq, Azərbaycan o qədər böyük ölkə deyil ki, hərbi xidmətə gedən şəxs həyatında ilk dəfə qarşılaşdığı ağır bir mühitə düşərək ciddi psixoloji sarsıntı yaşasın və hər həftəsonu evə qayıdaraq stressdən uzaqlaşmağa ehtiyac duysun. Bu məsələ daha çox konkret qoşun növü, xidmət xüsusiyyətləri və tədris prosesi ilə əlaqəlidir. Məsələn, internat tipli sistemlərdə insanlar həm təhsil alır, həm də yaşayışlarını həmin müəssisədə davam etdirirlər. Daha sonra həftəsonları ailələrinin yanına gedirlər. Bu səbəbdən belə bir modelin bütün sahələrdə və hərbi hissələrdə tətbiqi mümkün deyil. Amma təcrübə baxımından bunun müəyyən müsbət tərəflərinin olduğu düşünülür”.
Dialoq.az
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
Keçid et
Bugün, 17:48
Ağdaşda intihar hadisəsi baş verib
Dün, 18:32
Gəncədə avtomobil iki piyadanı vurub
Dün, 18:29
Cinayət törətməkdə şübhəli bilinən 38 nəfər saxlanıldı
Dün, 18:21
Lənkəranda meşədə 2 nəfərin meyiti tapıldı - Biri yeniyetmədir
10-08-2026, 04:44
Sabah 11 marşrut bu dayanacaqlarda saxlamayacaq - Siyahı
10-08-2026, 04:43
Bu yol bağlanır
9-08-2026, 20:35
Gəncədə qəza - “Kamaz” ağaca çırpıldı+Fotolar
8-08-2026, 21:39
Mingəçevir Dövlət Universiteti və Azərbaycan Texniki Universiteti birgə kadr hazırlığına start verir
8-08-2026, 08:34
Ağdaş polisi qoyun oğrusunu tutub-VİDEO
8-08-2026, 08:29
“Gürcüstandakı münaqişənin sülh yolu ilə həllini dəstəkləyirik”
7-08-2026, 22:14
Ağdaşda 17 yaşlı qıza nişan keçirildi - Valideynləri polisə çağırıldı
7-08-2026, 15:28
Media və Yayım Şurası yaradıldı - Fərman
6-08-2026, 05:53
Sulutəpədə avtoservisdə yanğın baş verib Hadisə
6-08-2026, 05:50
Bakıda məşhur ticarət mərkəzində faciə
6-08-2026, 05:46
Canlı yayımda söyüş söyən daha bir tiktoker həbs edildi
6-08-2026, 05:43
Alkoqoldan imtina etdikdə beyində nə baş verir? — Araşdırmaların nəticələri
6-08-2026, 05:39
Təyyarədə baqaj yükü itən sərnişin nə etməlidir? — AÇIQLAMA
6-08-2026, 05:35
Restoranın qarşısında kütləvi dava - Bir nəfər öldü, üçü yaralandı
5-08-2026, 22:30
Bakıda məscid yanır
5-08-2026, 22:21
Gürcüstan yenidən qaranlığa qərq oldu
5-08-2026, 22:18
Tbilisi-Bakı qatarı yenə gecikdi - İşıq əngəl oldu
4-08-2026, 13:44
Mingəçevirdə bir nəfər şəxs atdan yıxılaraq xəsarət alıb
3-08-2026, 23:21
Mingəçevirdə Azərbaycan Əlifbası və Azərbaycan Dili Gününə həsr olunmuş tədbir keçirilib-VİDEO
3-08-2026, 22:49
Yevlaxda sürücü xəsarət aldı,bir neçə gün sonra dünyasını dəyişdi-VİDEO
3-08-2026, 14:35
Ombudsman Aparatının nümayəndələri hərbi hissədə olublar
3-08-2026, 14:29
Azərbaycan–Gürcüstan dəmir yolu daşımalarında sərhəd keçidi iki dəfə sürətləndirilir
3-08-2026, 13:01
Məkanlardan oğurluq edən 6 nəfər saxlanıldı – minlərlə manatlıq əmlak talanıb