Yevlax 1 saylı Mediasiya Təşkilatının direktoru Nigar Hüseynzadə bəraət alıb-Video

Yevlax 1 saylı Mediasiya Təşkilatının direktoru Nigar Hüseynzadə 1 ildən çox davam edən məhkəmə prosesindən sonra bəraət alıb.
Dialoq.az xəbər verir ki,bu barədə Yevlax 1 saylı Mediasiya Təşkilatının direktoru Nigar Hüseynzadə özünün Facebook sosial şəbəkə hesabında paylaşım edib.
Nigar Hüseynzadənin sözlərinə görə, 14 iyul 2026-cı il tarixində Azərbaycan Respublikasının Ali Məhkəməsi onun barəsində bəraət hökmü çıxarıb və bununla da 1 il 1 ay 21 gün davam edən hüquqi mübarizə yekunlaşıb.
Bildirilib ki, cinayət işi Bakı 13 saylı Mediasiya Təşkilatının direktoru İlham Mehtiyevin xüsusi ittiham qaydasında müraciəti əsasında Azərbaycan Respublikası Cinayət Məcəlləsinin müvafiq maddələri ilə başlanıb.
İşə ilkin olaraq Ağdam Rayon Məhkəməsində Mahir Niftəliyev sədirliyi ilə baxılıb. Məhkəmə prosesində Nigar Hüseynzadə tərəfindən Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin ekspertiza rəyi, Mediasiya Şurasının İntizam Komissiyasının mediator Pəri Əhmədova ilə bağlı qərarı və digər sübutlar təqdim edilib.
Lakin birinci instansiya məhkəməsinin qərarı ilə razılaşmayan Nigar Hüseynzadə qanunvericiliyin verdiyi hüquqdan istifadə edərək apellyasiya şikayəti verib.
Daha sonra işə Gəncə Apellyasiya Məhkəməsində hakim Sevindik Əzizovun sədrliyi ilə baxılıb. Apellyasiya instansiyasında da tərəflər öz hüquqi mövqelərini və təqdim etdikləri sübutları müdafiə ediblər.
Son olaraq Azərbaycan Respublikasının Ali Məhkəməsi işə hüquqi qiymət verərək əvvəlki məhkəmə qərarlarını ləğv edib və Nigar Hüseynzadə barəsində bəraət qərarı qəbul edib.
Nigar Hüseynzadə bildirib ki, bu qərar onun üçün yalnız hüquqi qələbə deyil, həm də ədalətin bərpasıdır.
O, yaşadığı müddətdə keçirdiyi mənəvi gərginliyə diqqət çəkərək bildirib ki, günahsız olduğu halda uzun müddət davam edən məhkəmə prosesi onun üçün ağır sınaq olub.
Nigar Hüseynzadə hüquqi mübarizəsində ona dəstək göstərən vəkilləri Sevda Məhərrəmova və İkram Abdullayevə təşəkkür edib.
Qeyd edək ki, Ali Məhkəmənin bəraət qərarı ilə Nigar Hüseynzadə barəsində başlanmış cinayət işi üzrə uzunmüddətli məhkəmə prosesi başa çatıb.
Dialoq.az
Bugün, 17:48
Ağdaşda intihar hadisəsi baş verib
Dün, 18:32
Gəncədə avtomobil iki piyadanı vurub
Dün, 18:29
Cinayət törətməkdə şübhəli bilinən 38 nəfər saxlanıldı
Dün, 18:21
Lənkəranda meşədə 2 nəfərin meyiti tapıldı - Biri yeniyetmədir
10-08-2026, 04:44
Sabah 11 marşrut bu dayanacaqlarda saxlamayacaq - Siyahı
10-08-2026, 04:43
Bu yol bağlanır
9-08-2026, 20:35
Gəncədə qəza - “Kamaz” ağaca çırpıldı+Fotolar
8-08-2026, 21:39
Mingəçevir Dövlət Universiteti və Azərbaycan Texniki Universiteti birgə kadr hazırlığına start verir
8-08-2026, 08:34
Ağdaş polisi qoyun oğrusunu tutub-VİDEO
8-08-2026, 08:29
“Gürcüstandakı münaqişənin sülh yolu ilə həllini dəstəkləyirik”
7-08-2026, 22:14
Ağdaşda 17 yaşlı qıza nişan keçirildi - Valideynləri polisə çağırıldı
7-08-2026, 15:28
Media və Yayım Şurası yaradıldı - Fərman
6-08-2026, 05:53
Sulutəpədə avtoservisdə yanğın baş verib Hadisə
6-08-2026, 05:50
Bakıda məşhur ticarət mərkəzində faciə
6-08-2026, 05:46
Canlı yayımda söyüş söyən daha bir tiktoker həbs edildi
6-08-2026, 05:43
Alkoqoldan imtina etdikdə beyində nə baş verir? — Araşdırmaların nəticələri
6-08-2026, 05:39
Təyyarədə baqaj yükü itən sərnişin nə etməlidir? — AÇIQLAMA
6-08-2026, 05:35
Restoranın qarşısında kütləvi dava - Bir nəfər öldü, üçü yaralandı
5-08-2026, 22:30
Bakıda məscid yanır
5-08-2026, 22:21
Gürcüstan yenidən qaranlığa qərq oldu
5-08-2026, 22:18
Tbilisi-Bakı qatarı yenə gecikdi - İşıq əngəl oldu
4-08-2026, 13:44
Mingəçevirdə bir nəfər şəxs atdan yıxılaraq xəsarət alıb
3-08-2026, 23:21
Mingəçevirdə Azərbaycan Əlifbası və Azərbaycan Dili Gününə həsr olunmuş tədbir keçirilib-VİDEO
3-08-2026, 22:49
Yevlaxda sürücü xəsarət aldı,bir neçə gün sonra dünyasını dəyişdi-VİDEO
3-08-2026, 14:35
Ombudsman Aparatının nümayəndələri hərbi hissədə olublar
3-08-2026, 14:29
Azərbaycan–Gürcüstan dəmir yolu daşımalarında sərhəd keçidi iki dəfə sürətləndirilir
3-08-2026, 13:01
Məkanlardan oğurluq edən 6 nəfər saxlanıldı – minlərlə manatlıq əmlak talanıb