Hərbi geyimdən qanunsuz istifadə edənlər nə qədər cərimələnəcək? - RƏSMİ
Sosial
Oxunub: 1 196
16 Ock 2021 | 00:50
Hərbi geyimdən qanunsuz istifadə edənlər nə qədər cərimələnəcək? - RƏSMİ


Səfərbərlik üzrə hərbi xidmətə çağırılmış və Vətən müharibəsində layiqincə iştirak etdikdən sonra tərxis olunmuş bəzi vətəndaşlarımız, eləcə də digər şəxslər tərəfindən bəzən hərbi geyim formasını daşımaq hüququna malik olmadıqları halda bu geyimdən istifadə edilməsi, xüsusilə də geyim formasını daşıma hüququnun pozulması halları aşkarlanıb. Belə hallar qanunvericiliyə zidd olmaqla yanaşı, müzəffər Azərbaycan Ordusunun imicinə xələl gətirir və rəşadətli Azərbaycan əsgərinin profilinə müəyyən neqativ təsirlər göstərir.

AZƏRTAC xəbər verir ki, bunu Müdafiə Nazirliyinin mətbuat xidmətinin mətbuat katibi polkovnik-leytenant Anar Eyvazov yanvarın 15-də jurnalistlərə müsahibəsində deyib.

Mətbuat katibi qeyd edib ki, hərbi geyim formasının daşınması qaydaları "Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının hərbi geyim forması və fərqləndirmə nişanları haqqında" Əsasnaməyə və "Azərbaycan Respublikası Silahlı Qüvvələri hərbi qulluqçularının hərbi geyim forması və fərqləndirmə nişanlarının təsvirləri"nin təsdiq edilməsi barədə" Azərbaycan Respublikası Prezidentinin 2001-ci il 25 iyun tarixli Fərmanı ilə tənzimlənir. Bu Fərmana əsasən hərbi geyim formasını daşıma hüququna malik olmayan şəxslərin bu formadan istifadə etməsi qadağan edilib. Bununla yanaşı, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 534-cü maddəsinə əsasən hərbi geyim və xüsusi geyim formasını daşımaq hüququ olmayan vətəndaşlardan bu formanın dərhal müsadirə edilməsi və 300 manatdan 500 manatadək cərimə tətbiq olunması nəzərdə tutulub.

"Belə halların qarşısını almaq məqsədilə Müdafiə Nazirliyi tərəfindən preventiv tədbirlər həyata keçirilib. Respublikanın müxtəlif şəhər və qəsəbələrində artıq hərbi polis bölmələrinin əməkdaşları tərəfindən reydlər keçirilib və belə halların qarşısı alınır", - deyə Anar Eyvazov vurğulayıb.



Sonxeber.az
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
Keçid et
Bugün, 04:44
Sabah 11 marşrut bu dayanacaqlarda saxlamayacaq - Siyahı
Bugün, 04:43
Bu yol bağlanır
Dün, 20:35
Gəncədə qəza - “Kamaz” ağaca çırpıldı+Fotolar
8-08-2026, 21:39
Mingəçevir Dövlət Universiteti və Azərbaycan Texniki Universiteti birgə kadr hazırlığına start verir
8-08-2026, 08:34
Ağdaş polisi qoyun oğrusunu tutub-VİDEO
8-08-2026, 08:29
“Gürcüstandakı münaqişənin sülh yolu ilə həllini dəstəkləyirik”
7-08-2026, 22:14
Ağdaşda 17 yaşlı qıza nişan keçirildi - Valideynləri polisə çağırıldı
7-08-2026, 15:28
Media və Yayım Şurası yaradıldı - Fərman
6-08-2026, 05:53
Sulutəpədə avtoservisdə yanğın baş verib Hadisə
6-08-2026, 05:50
Bakıda məşhur ticarət mərkəzində faciə
6-08-2026, 05:46
Canlı yayımda söyüş söyən daha bir tiktoker həbs edildi
6-08-2026, 05:43
Alkoqoldan imtina etdikdə beyində nə baş verir? — Araşdırmaların nəticələri
6-08-2026, 05:39
Təyyarədə baqaj yükü itən sərnişin nə etməlidir? — AÇIQLAMA
6-08-2026, 05:35
Restoranın qarşısında kütləvi dava - Bir nəfər öldü, üçü yaralandı
5-08-2026, 22:30
Bakıda məscid yanır
5-08-2026, 22:21
Gürcüstan yenidən qaranlığa qərq oldu
5-08-2026, 22:18
Tbilisi-Bakı qatarı yenə gecikdi - İşıq əngəl oldu
4-08-2026, 13:44
Mingəçevirdə bir nəfər şəxs atdan yıxılaraq xəsarət alıb
3-08-2026, 23:21
Mingəçevirdə Azərbaycan Əlifbası və Azərbaycan Dili Gününə həsr olunmuş tədbir keçirilib-VİDEO
3-08-2026, 22:49
Yevlaxda sürücü xəsarət aldı,bir neçə gün sonra dünyasını dəyişdi-VİDEO
3-08-2026, 14:35
Ombudsman Aparatının nümayəndələri hərbi hissədə olublar
3-08-2026, 14:29
Azərbaycan–Gürcüstan dəmir yolu daşımalarında sərhəd keçidi iki dəfə sürətləndirilir
3-08-2026, 13:01
Məkanlardan oğurluq edən 6 nəfər saxlanıldı – minlərlə manatlıq əmlak talanıb
3-08-2026, 12:50
“Vətəndaşlardan hər hansı hesaba pul köçürülməsi tələb olunmur” - Rəsmi
3-08-2026, 12:35
Xanəndənin ürəyində 4 damar dəyişdirildi
3-08-2026, 12:31
Prezident açılışda - Fotolar
1-08-2026, 23:37
Mingəçevirdə regional medianın problemləri müzakirə olunub: “Sağlam media üçün regionlara diqqət artırılmalıdır”. -VİDEO