Prezidentə təbriklər gəlir
Siyasət
Oxunub: 6
26 May 2026 | 20:28
Prezidentə təbriklər gəlir
Malayziya Kralı Sultan İbrahim Azərbaycan Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.

“Dialoq.az ” xəbər verir ki, məktubda deyilir:

“Zati-aliləri.

Əlamətdar bayram – ölkənizin müstəqilliyinin 108-ci ildönümü münasibətilə Zati-alinizə və hörmətli Azərbaycan xalqına səmimi təbriklərimi və xoş arzularımı çatdırıram.

Bu il Malayziya ilə Azərbaycan arasında diplomatik münasibətlərin qurulmasının 33-cü ildönümünü qeyd edirik. İkitərəfli münasibətlərimizin inkişafından məmnunam və əminəm ki, bu əməkdaşlıq ruhu hər zaman xalqlarımızın rifahı üçün faydalı olacaqdır. Malayziya ikitərəfli əlaqələrimizi daha da möhkəmləndirməyə və inkişaf etdirməyə sadiq qaldığını bir daha təsdiqləyir.

Zati-aliləri, Sizə möhkəm cansağlığı və rifah, Azərbaycan vətəndaşlarına sülh və firavanlıq arzularımı qəbul etməyinizi xahiş edirəm”.

***

İtaliya Prezidenti Sercio Mattarella:

“Zati-aliləri cənab Prezident.

Ölkənizin milli bayramı münasibətilə Sizə və bütün Azərbaycan xalqına İtaliya xalqı adından və şəxsən öz adımdan ən səmimi təbriklərimi çatdırıram.

Dostluğun və səmərəli əməkdaşlığın çoxsaylı nümunələri, o cümlədən son zamanlardakı əlaqələrimiz Bakı ilə Roma arasında strateji tərəfdaşlığa olduqca konkret və müstəsna dəyər qazandırır. Bu tərəfdaşlıq son illərdə davamlı şəkildə inkişaf edib və başda enerji sahəsi olmaqla, qarşılıqlı maraq doğuran bir çox istiqamətləri əhatə edib.

Beynəlxalq vəziyyətin mürəkkəb çağırışlarının konstruktiv şəkildə həlli üçün dövlətlər arasında dialoqun və dinc əməkdaşlığın əhəmiyyətinə qətiyyətlə inanan və bunun vacib olduğunu hesab edən İtaliya Azərbaycan, Avropa İttifaqı və region ölkələri arasında sabitliyin, mehriban qonşuluq münasibətlərinin və qarşılıqlı etimadın təşviqinə yönəlmiş bütün təşəbbüsləri dəstəkləməyə davam edir.

Cənab Prezident, ölkənizə son səfərimi və əvvəlki görüşlərimizi böyük məmnuniyyətlə xatırlayaraq, Sizə, ailənizə, dost Azərbaycan xalqına rifah və firavanlıq arzularımı bir daha çatdırıram”.

***

Özbəkistan Prezidenti Şavkat Mirziyoyev:

“Möhtərəm İlham Heydər oğlu.

Əziz Qardaşım.

Zati-alinizi və qardaş Azərbaycan xalqını ölkənizin milli bayramı - Müstəqillik Günü münasibətilə səmimi-qəlbdən təbrik etməkdən və ən xoş arzularımı bildirməkdən böyük məmnunluq duyuram.

Xüsusilə qeyd etmək istərdim ki, Sizin müdrik rəhbərliyinizlə Azərbaycanda bütün sahələrdə mühüm dəyişikliklər və genişmiqyaslı islahatlar həyata keçirilir, xalqın rifahı və həyat səviyyəsi yüksəlir, regionlarda böyük quruculuq və abadlıq işləri aparılır.

Bu yaxınlarda məhz Sizin təşəbbüsünüzlə gözəl və bənzərsiz Bakı şəhərində Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyası olduqca yüksək səviyyədə və uğurla təşkil edildi. Bu, Azərbaycanın beynəlxalq aləmdə nüfuz və mövqeyinin getdikcə daha da möhkəmləndiyinin növbəti parlaq göstəricisidir.

Əlbəttə, son illərdə birgə və qətiyyətli səylərimiz nəticəsində ölkələrimiz arasında siyasi, iqtisadi-ticari, mədəni-humanitar və digər prioritet sahələrdə əməkdaşlığın sürətlə inkişaf etməsi, strateji tərəfdaşlıq və müttəfiqlik münasibətlərinin tamamilə yeni mərhələyə yüksəlməsi bizə böyük məmnunluq bəxş edir.

Sizinlə müntəzəm olaraq keçirdiyimiz səmərəli görüşlər və qarşılıqlı dialoq nəticəsində əldə edilən mühüm razılaşmaların tam şəkildə icra olunmasının çoxşaxəli əlaqələrimizin daha da möhkəmlənməsinə xidmət edəcəyinə əminəm.

Möhtərəm İlham Heydər oğlu, bu xoş fürsətdən istifadə edərək Sizə uzun ömür, möhkəm cansağlığı, ailə səadəti və yüksək məsuliyyət tələb edən ali dövləti fəaliyyətinizdə böyük uğurlar, qardaş Azərbaycan xalqına isə daim əmin-amanlıq, rifah və tərəqqi arzulayıram”.

***

Müstəqil Dövlətlər Birliyinin Baş katibi Sergey Lebedev:

“Möhtərəm İlham Heydər oğlu.

Azərbaycan Respublikasının Müstəqillik Günü münasibətilə səmimi təbriklərimi qəbul etməyinizi xahiş edirəm.

Bu tarixi gün Azərbaycan xalqının müstəqillik və suveren inkişafla bağlı sarsılmaz iradəsinin rəmzinə çevrilib.

Bu gün Azərbaycan dinamik tərəqqi yolunda inamla irəliləyir, iqtisadi, sosial sahələrdə böyük uğurlar qazanır və beynəlxalq arenada öz nüfuzunu möhkəmləndirir.

Əminəm ki, Sizin ali dövləti vəzifənizdə fəaliyyətiniz Azərbaycan Respublikasının daha da inkişafına və Müstəqil Dövlətlər Birliyi çərçivəsində çoxplanlı səmərəli əməkdaşlığın möhkəmlənməsinə xidmət edəcək.

Möhtərəm İlham Heydər oğlu, Sizə möhkəm cansağlığı, rifah, Azərbaycan xalqına isə sülh və tərəqqi arzulayıram”.

***

Pakistan İslam Respublikasının Prezidenti Asif Əli Zərdari:

“Zati-aliləri.

Pakistan İslam Respublikasının Hökuməti və xalqı adından, həmçinin şəxsən öz adımdan Zati-alinizə, Azərbaycan Respublikasının Hökumətinə və qardaş xalqına Müstəqillik Günü münasibətilə ən səmimi təbriklərimi və xoş arzularımı çatdırıram.

Pakistan və Azərbaycan ortaq dini etiqadımız, zəngin mədəni irsimiz və ümumi dəyərlərimizdən güc alan dərin qardaşlıq münasibətləri ilə bir-birinə bağlıdır. İllər ərzində ikitərəfli əlaqələrimiz qarşılıqlı etimad, anlaşma və
bir-birimizin əsas milli maraqlarına dair məsələlərdə qətiyyətli dəstəyə əsaslanan möhkəm və davamlı tərəfdaşlığa yüksəlmişdir.

Pakistan xalqı Zati-alinizin müdrik və uzaqgörən rəhbərliyi ilə Azərbaycan Respublikasının əldə etdiyi mühüm sosial-iqtisadi tərəqqi və rifaha ürəkdən sevinir. Qardaş xalqlarımızın qarşılıqlı maraqları naminə, xüsusən ikitərəfli ticarət, enerji bağlantıları, müdafiə və insanlararası əlaqələr sahələrində çoxtərəfli əməkdaşlığımızı daha da dərinləşdirməyə və şaxələndirməyə qətiyyətlə sadiqik.

Fürsətdən istifadə edərək Zati-alinizə möhkəm cansağlığı və xoşbəxtlik, qardaş Azərbaycan xalqına isə davamlı sülh, tərəqqi və rifah arzulayıram.

Zati-aliləri, ən yüksək ehtiramımı qəbul etməyinizi xahiş edirəm”.

***

Almaniya Prezidenti Frank-Valter Ştaynmayer:

“Cənab Prezident.

28 May - Müstəqillik Günü münasibətilə Sizə və Azərbaycan xalqına səmimi təbriklərimi çatdırıram.

Bir neçə həftə əvvəl telefon danışığımız zamanı qeyd etdiyim kimi, Almaniya ikitərəfli münasibətləri daha da genişləndirməkdə olduqca maraqlıdır. Çoxsaylı həll olunmamış münaqişələr, getdikcə sürətlənən iqlim dəyişikliyi və yeni geosiyasi gərginliklərlə səciyyələnən bu dövrdə biz birlikdə mühüm çağırışlarla üzləşirik.

Bu baxımdan Azərbaycan və Ermənistan arasında münasibətlərin normallaşdırılması istiqamətində əldə olunan irəliləyiş xüsusilə ruhlandırıcıdır. Sizin regionda qalıcı sülhün bərqərar olması yolundakı səylərinizin tezliklə davamlı uğur qazanmasını arzu edirəm.

Azərbaycan xalqını milli bayram münasibətilə ürəkdən təbrik edir, Sizə və ailənizə ən səmimi arzularımı çatdırıram”.

***

İsveçrə Konfederasiyasının Prezidenti Gi Parmelin:

“Zati-aliləri.

İsveçrə Federal Şurası və İsveçrə xalqı adından Azərbaycan Respublikasının Müstəqillik Günü münasibətilə Sizə və xalqınıza səmimi təbriklərimi çatdırıram. Həmçinin ölkənizin və xalqınızın xoşbəxt, uğurlu gələcəyi ilə bağlı ən xoş arzularımı bildirirəm.

Azərbaycan və İsveçrə möhkəm ikitərəfli əlaqələrə malikdir. Əminəm ki, Cənubi Qafqazda müsbət dəyişiklikləri nəzərə alaraq, bu əlaqələrimiz qarşıdakı illərdə də konstruktiv şəkildə inkişaf edəcəkdir.

Zati-aliləri, Sizə olan yüksək ehtiramımı qəbul etməyinizi xahiş edirəm”.
Dialoq.az
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
Keçid et
Bugün, 20:35
Bulvarda qıza qarşı iyrənc hərəkətlər edən həbs olundu-FOTOLAR
Bugün, 20:28
Prezidentə təbriklər gəlir
Bugün, 20:23
87 yaşlı kişini maşın vurub öldürdü
Bugün, 20:12
28 May Müstəqillik Günü: Azərbaycan Tarixinin Şanlı Səhifəsi
Bugün, 18:32
Naxçıvan Dövlət Universitetinin və Mingəçevir Dövlət Universitetinin birgə təşkilatçılığı ilə Naxçıvanda I Beynəlxalq Mədəni İrs və Dayanıqlı Turizm Konfransı keçirilib. FOTOLAR
Bugün, 14:15
Hərbçilər şəxsi jetonla təmin ediləcək
Bugün, 07:25
Goranboyda evdə yıxılan qadın xəstəxanada öldü
Bugün, 07:20
Hakan Fidanı canlandıracaq
Dün, 22:50
Tbilisi qatarının ilk sərnişinləri arasında - Cavid Qurbanov da var+Fotolar
Dün, 20:38
Gəncədə maşınlar toqquşdu - Xəsarət alanlar var
Dün, 20:36
Kiyevdə hərbi-sənaye obyektlərinə hücum edəcəklər
Dün, 20:34
Babək Niftəliyevə vəzifə verildi
Dün, 11:02
İmişlidə ağır qəza - 2 ölü, 5 yaralı
Dün, 10:38
Qızdırılan tütün məmulatları bu siyahıya düşür? - Elektron siqaret qadağası
24-05-2026, 17:26
İntensiv yağış yağacaq - Xəbərdarlıq
24-05-2026, 17:23
Maşın tibb mərkəzinə çırpıldı - Xəsarət alanlar var
24-05-2026, 13:16
Sabahın havası açıqlandı
24-05-2026, 11:14
Pakistanda qatarın partladılması nəticəsində azı 16 nəfər həlak olub
24-05-2026, 11:11
Bərdədə maşın su arxına düşdü - Ölən və xəsarət alan var
24-05-2026, 11:08
Bulvarda itkin düşən azyaşlının yaxınları tapıldı
23-05-2026, 23:16
Mingəçevirdə maarifləndirici bukletlər paylanıb-VİDEO
23-05-2026, 23:01
Ağdaş Rayon İcra Hakimiyyətində fövqəladə hallarla bağlı müşavirə keçirilib-VİDEO
23-05-2026, 12:56
Mingəçevir Dövlət Universiteti – regional inkişafın və innovativ düşüncənin yeni ünvanı
23-05-2026, 10:10
Rektor Anar Eminov: Malayziya universitetləri ilə əməkdaşlıq Mingəçevir Dövlət Universitetinin qlobal inkişaf xəttini gücləndirəcək. FOTOLAR
22-05-2026, 16:27
23 kq-a qədər baqajı Tbilisi qatarında pulsuz apara bilərsiniz
21-05-2026, 21:49
Beyləqanda maşınlar toqquşdu - 5 nəfər xəsarət aldı
21-05-2026, 18:24
Prezidenti təbrik edirlər - Yenilənir