“Avtobus yolunu dəyişdiyindən işə gecikirik”
Sosial
Oxunub: 111
4 Şub 2026 | 20:04
“Avtobus yolunu dəyişdiyindən işə gecikirik”
“28 May” metro stansiyasını Lökbatan qəsəbəsi ilə birləşdirən 125 nömrəli marşrut avtobusu bir müddətdir Lökbatan dairəsindən qəsəbəyə gələrkən yolunu dəyişərək “Abşeron” Ticarət Mərkəzi istiqamətinə gedir və oradan fırlanaraq Lökbatana daxil olur. Bu həm gəliş, həm də gediş zamanı baş verir. Lakin həmin ərazidə avtobuslara nə minən, nə də düşən olur. Hər dəfə təxminən 20 dəqiqəyə yaxın vaxtımız gedir”.

Dialoq.az xəbər verir ki,bu şikayətlə “Qafqazinfo”ya vətəndaşlar müraciət ediblər.

Şikayətçilərin sözlərinə görə, dayanacaq olmadığı halda avtobusun “Abşeron” Ticarət Mərkəzindən keçməsi xeyli vaxt itirmələrinə səbəb olur: “Əvvəllər “28 May” metro stansiyasına “Binə” Ticarət Mərkəzindən gedən avtobus hazırda ilk olaraq Abşerondan keçir, sonra “Sədərəy”in girişində saxlayır, ən sonda isə “Binə”dən keçir. Tələbələr universitetə, digər vətəndaşlar işə gecikir. 130 və 206 nömrəli marşrutlar başda olmaqla bir neçə avtobus yuxarı yolla hərəkət etməsi səbəbindən oradan keçir, ancaq 125-in istiqaməti aşağı yol olduğundan bizə sərf etmir. Lökbatana yaxın metro olmadığı üçün şəhərə getməli olan hər kəs 125-ə minməlidir”.

Məsələ ilə bağlı “BakuBus” MMC-yə sorğu ünvanladıq. Qurumdan bildirildi ki, 125 nömrəli müntəzəm marşrut xətti “28 May” m/st – Lökbatan qəsəbəsi istiqamətində hərəkət edir. Marşrut üzrə hərəkət intervalı 6-7 dəqiqə təşkil edir və xətt üzrə ümumilikdə 21 avtobus fəaliyyət göstərir: “Məlumat üçün bildiririk ki, sərnişinlərin “28 May” NMM-dən “Abşeron” Ticarət Mərkəzinə və əks istiqamətdə rahat və təhlükəsiz hərəkətinin təmin edilməsi məqsədilə marşrutun hərəkət istiqaməti həmin ərazidən keçməklə təşkil edilib.

Marşrutun hərəkət trayektoriyasına dayanacağın əlavə edilməsi sərnişinlər üçün nəqliyyat əlçatanlığının artırılması və o istiqamətdə sərnişin gedişlərinin təmin olunmasına xidmət edir”.
Dialoq.az
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
Keçid et
Bugün, 20:35
Bulvarda qıza qarşı iyrənc hərəkətlər edən həbs olundu-FOTOLAR
Bugün, 20:28
Prezidentə təbriklər gəlir
Bugün, 20:23
87 yaşlı kişini maşın vurub öldürdü
Bugün, 20:12
28 May Müstəqillik Günü: Azərbaycan Tarixinin Şanlı Səhifəsi
Bugün, 18:32
Naxçıvan Dövlət Universitetinin və Mingəçevir Dövlət Universitetinin birgə təşkilatçılığı ilə Naxçıvanda I Beynəlxalq Mədəni İrs və Dayanıqlı Turizm Konfransı keçirilib. FOTOLAR
Bugün, 14:15
Hərbçilər şəxsi jetonla təmin ediləcək
Bugün, 07:25
Goranboyda evdə yıxılan qadın xəstəxanada öldü
Bugün, 07:20
Hakan Fidanı canlandıracaq
Dün, 22:50
Tbilisi qatarının ilk sərnişinləri arasında - Cavid Qurbanov da var+Fotolar
Dün, 20:38
Gəncədə maşınlar toqquşdu - Xəsarət alanlar var
Dün, 20:36
Kiyevdə hərbi-sənaye obyektlərinə hücum edəcəklər
Dün, 20:34
Babək Niftəliyevə vəzifə verildi
Dün, 11:02
İmişlidə ağır qəza - 2 ölü, 5 yaralı
Dün, 10:38
Qızdırılan tütün məmulatları bu siyahıya düşür? - Elektron siqaret qadağası
24-05-2026, 17:26
İntensiv yağış yağacaq - Xəbərdarlıq
24-05-2026, 17:23
Maşın tibb mərkəzinə çırpıldı - Xəsarət alanlar var
24-05-2026, 13:16
Sabahın havası açıqlandı
24-05-2026, 11:14
Pakistanda qatarın partladılması nəticəsində azı 16 nəfər həlak olub
24-05-2026, 11:11
Bərdədə maşın su arxına düşdü - Ölən və xəsarət alan var
24-05-2026, 11:08
Bulvarda itkin düşən azyaşlının yaxınları tapıldı
23-05-2026, 23:16
Mingəçevirdə maarifləndirici bukletlər paylanıb-VİDEO
23-05-2026, 23:01
Ağdaş Rayon İcra Hakimiyyətində fövqəladə hallarla bağlı müşavirə keçirilib-VİDEO
23-05-2026, 12:56
Mingəçevir Dövlət Universiteti – regional inkişafın və innovativ düşüncənin yeni ünvanı
23-05-2026, 10:10
Rektor Anar Eminov: Malayziya universitetləri ilə əməkdaşlıq Mingəçevir Dövlət Universitetinin qlobal inkişaf xəttini gücləndirəcək. FOTOLAR
22-05-2026, 16:27
23 kq-a qədər baqajı Tbilisi qatarında pulsuz apara bilərsiniz
21-05-2026, 21:49
Beyləqanda maşınlar toqquşdu - 5 nəfər xəsarət aldı
21-05-2026, 18:24
Prezidenti təbrik edirlər - Yenilənir