Fətullah Gülənin “Azərsu“ ASC-dəki “imamı” kimdir? – FOTO

Ölkədə kök atmış FETÖ terror şəbəkəsinə qarşı yetərli tədbirlərin görülməməsindən ruhlanan gülənçilər öz fəaliyyətlərini və çevrələrini genişləndirməkdədir
FETÖ-nün Azərbaycan üzrə "imam”ı Elnur Aslanovun zərərsizləşdirilməsindən sonra başsız qaldıqları düşünülən yerli fətullahçıların ölkə biznesində mövqelərini daha da gücləndirdiklərinə dair bilgilər əldə olunmaqdadır.
Məlumata görə, hazırda FETÖ-nün Azərbaycan şəbəkəsinin əsas füqurlarından olduğu ehtimal edilən "Hidro-Park” MMC-nin rəhbəri Emruz İsgəndərov, nəzarətində olan biznes zəncirinə daxil şirkətlərlə yanaşı, strateji dövlət qurumlarında da gülənçilərin yerləşdirilməsini əmin-arxayınlıqla davam etdirir.
Qeyd olunur ki, 2011-ci ildən etibarən, "Hidro-Park”da fəaliyyət göstərən İsgəndərovun FETÖ-yə cəlb olunması, onun Naxçıvan Türk Liseyində təhsil aldığı 1994-99-cu illərə təsadüf edir. Liseyin fizika müəllimi Hüseyin Avcının təsiri altında şəbəkəyə qoşulan İsgəndərovun gülənçilərlə bağlılığı Türkiyənin 9 Eylül Universitetində təhsil aldığı dövrdə (1999-2005) daha da güclənib.

Bildirilir ki, tələbəlik illərində FETÖ-yə məxsus evlərdə qaldığı deyilən İsgəndərov şəbəkənin fəaliyyətində göstərdiyi aktivliyə görə "ev imamı” və "bölgə imamı” statusuna da sahiblənib. İnformasiyaya əsasən, İsgəndərov lisey və universitet tələbəliyindən sonra da, uzun müddət – 2013-cü ilə qədər şəbəkə daxilində Avcının kurasiyası altında çalışıb. Azərbaycanda fəaliyyətə başladıqdan sonra FETÖ-nün mərkəzi strukturları ilə əlaqələrini genişləndirən İsgəndərovun bütün xarici səfərlərində şəbəkənin rəhbərliyində təmsil olunan şəxslərlə davamlı görüşləri haqda məlumatlar mövcuddur. FETÖ-nün Türkiyədə ifşa edilməsinin ardından verilən təlimata uyğun olaraq, İsgəndərov da "kamuflyaj rejimi”nə keçib. FETÖ-nün Türkiyədə 2016-ci il iyulun 15-də hərbi çevrilişə uğursuz cəhdindən sonra, Azərbaycanda Gülən şəbəkəsinə qarşı müəyyən tədbirlərin görülməsinə başlanıldı. Lakin həyata keçirilən işlərin qeyri-ardıcıllığı və "gizli əllər”in müdaxiləsi sayəsində ölkədəki gülənçilərin tam şəkildə zərərsizləşdirilməsi təəssüf ki, mümkün olmadı. Bunun nəticəsində FETÖ-nün Azərbaycan şəbəkəsi nəinki öz mövcudluğunu qoruyub saxladı, hətta genişlənməkdə davam etdi. Yayılan məlumatlara görə, İsgəndərovun himayəsi altında yüzlərlə gizli FETÖ-çü "Hidro-Park” zəncirinə aid "Hidrolotus”, "Texno-Atinak”, "AzFen”, "Azertexnolayn” və digər şirkətlərdə yerləşdirilərək, şəbəkə xəzinəsinin doldurulması üçün hələ də çalışmaqdadırlar.
Gülənçilərin İsgəndərovun əli ilə "Azərsu” və digər strateji qurumlara yerləşdirilmələri isə FETÖ-nün Azərbaycan şəbəkəsinin dövlət üçün nə dərəcədə təhlükəli faktora çevrildiyini göstərir. O baxımdan, əminliklə söyləmək olar ki, FETÖ-nün Azərbaycan şəbəkəsi birdəfəlik sıradan çıxarılmasa, dövləti təhdid edən təhlükələr daha da böyüyəcək. Buna imkan verməmək üçün şəbəkəyə qarşı ləngimədən qətiyyətli tədbirlərin görülməsinə başlanılmalıdır./Yenicag.az/
Dün, 23:53
Vətən Müharibəsi Qəhrəmanına - Ağır itki
Dün, 18:35
"ADY"rekord artım açıqladı: 5 ayda 4,5 milyondan çox sərnişin daşınıb
Dün, 12:58
Yevlax sakini Lökbatandakı yanacaqdoldurma məntəqəsində öldü
Dün, 12:12
Hərbidən qayıdıb əvvəlki vəzifəyə təyin oluna biləcəklər
Dün, 10:54
Prezident millimizi qələbə münasibətilə təbrik etdi
Dün, 10:50
İraqda şiə alimi vəfat etdi, üçgünlük matəm elan olundu
Dün, 09:11
Kolumbiyada yük gəmisində partlayış - Ölənlər və yaralananlar var
Dün, 09:06
Göyçay polisi əməliyyat keçirdi:Marixuana və tiryək aşkarlanıb, iki nəfər həbs olunub
Dün, 08:58
“Ulduz” jurnalının şöbə redaktoru vəfat etdi
Dün, 08:57
DTX-də kibertəhqiqat istiqaməti fəaliyyətə başladı
Dün, 08:36
DTX-də kibertəhqiqat istiqaməti fəaliyyətə başladı
4-06-2026, 15:35
Mingəçevir Dövlət Universitetində regionun ən böyük Kibertəhlükəsizlik Laboratoriyasının açılışı olub
4-06-2026, 11:57
Onlardan sürücülük vəsiqəsi tələb olunacaq
4-06-2026, 01:08
Şəhidin xanımı niyə qətlə yetirilib? Atası və anası danışdı.-VİDEO
3-06-2026, 23:58
Mingəçevir Dövlət Universitetinin tələbələri Ümumdünya Velosiped Günündə veloyürüşə qoşuldular
3-06-2026, 22:47
Cəlilabadda qadın qətlə yetirildi - Şübhəlinin 15 yaşı var
3-06-2026, 20:32
Həmin sürücü 30 sutka həbs edildi
2-06-2026, 20:06
Prezident bu xanıma yüksək vəzifə verdi
2-06-2026, 20:04
Azərbaycanda əsgərlər həftəsonu evə buraxıla bilər? — AÇIQLAMA
2-06-2026, 17:32
AYNA vəkilə 2 manat parklanma pulu ödəyəcək
2-06-2026, 17:27
Bakı–Tbilisi–Qars dəmir yolu genişmiqyaslı modernləşdirmədən sonra yeni mərhələyə qədəm qoyur
2-06-2026, 16:58
Baş DYP İdarəsi küləkli hava şəraiti ilə bağlı əhaliyə müraciət etdi
2-06-2026, 11:45
Gecikmiş maaş iddiaları ilə bağlı “Space” TV-dən - Açıqlama
2-06-2026, 11:38
TƏBİB-də yeni təyinat
2-06-2026, 10:57
Təhlükəli manevr və ara məsafəsinin pozulması qəzaya səbəb oldu
2-06-2026, 09:19
Kür sahilində 18 yaşlı gəncin meyiti tapıldı
1-06-2026, 22:03
Əməkdar jurnalist Əminə Yusifqızının 75 illik yubileyi qeyd olunub. FOTOLAR