Zəngilan RİH-də ötən ilin yekunları ilə bağlı yığıncaq keçirildi - Fotolar
Gündəm
Oxunub: 89
28 Ock 2026 | 15:37
Zəngilan RİH-də ötən ilin yekunları ilə bağlı yığıncaq keçirildi - Fotolar
Bu gün Zəngilan Rayon İcra Hakimiyyəti başçısının 2025-ci ilin yekunlarına həsr olunmuş hesabat yığıncağı keçirilib.

“Dialoq.az ” xəbər verir ki, iclasda Rayon İcra Hakimiyyətinin başçısı Ramiz Həsənov, Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Ərazi-təşkilat məsələləri şöbəsinin məsul işçisi Zöhrab Bağırov, Milli Məclisin deputatı İmamverdi İsmayılov, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri, Rayon İcra Hakimiyyətinin məsul işçiləri, idarə və müəssisə rəhbərləri, icra nümayəndələri, məktəb direktorları, şəhid ailələri, qazilər, ağsaqqallar və ictimaiyyət nümayəndələri iştirak etdilər.

Tədbir iştirakçıları əvvəlcə Rayon İcra Hakimiyyətinin inzibati binasında Ümummilli Lideri Heydər Əliyevin büstü önünə gül dəstələri düzdülər.

Ulu Öndər Heydər Əliyevin və Azərbaycan Respublikasının dövlət müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarını fəda etmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi. Daha sonra Azərbaycan Respublikasının Dövlət Himni səsləndirildi.

Hesabat yığıncağında məruzə ilə çıxış edən Zəngilan Rayon İcra Hakimiyyətinin başçısı Ramiz Həsənov qeyd etdi ki, 2025-ci il “Konstitusiya və Suverenlik ili” ölkəmizin ictimai-siyasi və sosial-iqtisadi həyatında bir çox tarixi və əlamətdar hadisələrlə yadda qaldı. 2025-ci il ərzində rayonun sosial-iqtisadi inkişafı sahəsində görülmüş işlər, əhalinin məşğulluğu, sosial rifahın yaxşılaşdırılması istiqamətində həyata keçirilən tədbirlər barədə ətraflı məlumat verərək 2026-cı ildə qarşıda duran əsas vəzifələri diqqətə çatdırdı.

Məruzə ətrafında Şərqi Zəngəzur Regional Təhsil İdarəsi Zəngilan rayon sektorunun müdiri Kənan İmaməliyev, Məmmədbəyli kənd inzibati ərazi dairəsi üzrə nümayəndə Nərminə Bağırova, Zəngilan Dövlət Aqrar İnkişaf Mərkəzinin direktoru Möhübbət Səmədov, Zəngilan Mərkəzi Rayon Xəstəxanası Publik Hüquqi şəxsin direktoru Ceyran Abbasova çıxış etdilər.

Hesabat yığıncağında çıxış edən Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Ərazi-təşkilat məsələləri şöbəsinin məsul işçisi Zöhrab Bağırov, Milli Məclisin deputatı İmamverdi İsmayılov, Rayon Ağsaqqallar Şurasının sədri Xuduş İsgəndərov, Qarabağ Veteranları, Əlilləri və Şəhid ailələri İctimai Birliyinin Zəngilan rayon şöbəsinin sədri Ənvər Məmmədov Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2025-ci il ərzində həyata keçirdiyi dövlət siyasəti, strateji islahatlar və ölkənin qarşısında duran yeni hədəflər barədə ətraflı məlumat verərək, rayonun gələcək fəaliyyətinə dair prioritet istiqamətləri xüsusi qeyd etdilər. Rayon üzrə sosial-iqtisadi inkişafı sahəsində görülmüş işlər, əhalinin məşğulluğu, sosial rifahın yaxşılaşdırılması istiqamətində həyata keçirilən tədbirləri məqsədə uyğun hesab edərək Rayon İcra Hakimiyyəti başçısının hesabatını yüksək qiymətləndirdilər.

Tədbirdə hesabatın yekunu ilə bağlı qarşıda duran vəzifələrə dair hazırlanmış Qərar Layihəsi qəbul olundu.

Hesabat yığıncağının iştirakçıları adından Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə müraciət qəbul edildi və müraciətin mətni iştirakçıların diqqətinə çatdırıldı.
Zəngilan RİH-də ötən ilin yekunları ilə bağlı yığıncaq keçirildi - Fotolar
.
Zəngilan RİH-də ötən ilin yekunları ilə bağlı yığıncaq keçirildi - Fotolar
.
Zəngilan RİH-də ötən ilin yekunları ilə bağlı yığıncaq keçirildi - Fotolar
.
Zəngilan RİH-də ötən ilin yekunları ilə bağlı yığıncaq keçirildi - Fotolar
.
Zəngilan RİH-də ötən ilin yekunları ilə bağlı yığıncaq keçirildi - Fotolar
.
Zəngilan RİH-də ötən ilin yekunları ilə bağlı yığıncaq keçirildi - Fotolar
.
Zəngilan RİH-də ötən ilin yekunları ilə bağlı yığıncaq keçirildi - Fotolar
.
Zəngilan RİH-də ötən ilin yekunları ilə bağlı yığıncaq keçirildi - Fotolar
.
Zəngilan RİH-də ötən ilin yekunları ilə bağlı yığıncaq keçirildi - Fotolar
Dialoq.az
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
Keçid et
Dün, 23:53
Vətən Müharibəsi Qəhrəmanına - Ağır itki
Dün, 18:35
"ADY"rekord artım açıqladı: 5 ayda 4,5 milyondan çox sərnişin daşınıb
Dün, 12:58
Yevlax sakini Lökbatandakı yanacaqdoldurma məntəqəsində öldü
Dün, 12:12
Hərbidən qayıdıb əvvəlki vəzifəyə təyin oluna biləcəklər
Dün, 10:54
Prezident millimizi qələbə münasibətilə təbrik etdi
Dün, 10:50
İraqda şiə alimi vəfat etdi, üçgünlük matəm elan olundu
Dün, 09:11
Kolumbiyada yük gəmisində partlayış - Ölənlər və yaralananlar var
Dün, 09:06
Göyçay polisi əməliyyat keçirdi:Marixuana və tiryək aşkarlanıb, iki nəfər həbs olunub
Dün, 08:58
“Ulduz” jurnalının şöbə redaktoru vəfat etdi
Dün, 08:57
DTX-də kibertəhqiqat istiqaməti fəaliyyətə başladı
Dün, 08:36
DTX-də kibertəhqiqat istiqaməti fəaliyyətə başladı
4-06-2026, 15:35
Mingəçevir Dövlət Universitetində regionun ən böyük Kibertəhlükəsizlik Laboratoriyasının açılışı olub
4-06-2026, 11:57
Onlardan sürücülük vəsiqəsi tələb olunacaq
4-06-2026, 01:08
Şəhidin xanımı niyə qətlə yetirilib? Atası və anası danışdı.-VİDEO
3-06-2026, 23:58
Mingəçevir Dövlət Universitetinin tələbələri Ümumdünya Velosiped Günündə veloyürüşə qoşuldular
3-06-2026, 22:47
Cəlilabadda qadın qətlə yetirildi - Şübhəlinin 15 yaşı var
3-06-2026, 20:32
Həmin sürücü 30 sutka həbs edildi
2-06-2026, 20:06
Prezident bu xanıma yüksək vəzifə verdi
2-06-2026, 20:04
Azərbaycanda əsgərlər həftəsonu evə buraxıla bilər? — AÇIQLAMA
2-06-2026, 17:32
AYNA vəkilə 2 manat parklanma pulu ödəyəcək
2-06-2026, 17:27
Bakı–Tbilisi–Qars dəmir yolu genişmiqyaslı modernləşdirmədən sonra yeni mərhələyə qədəm qoyur
2-06-2026, 16:58
Baş DYP İdarəsi küləkli hava şəraiti ilə bağlı əhaliyə müraciət etdi
2-06-2026, 11:45
Gecikmiş maaş iddiaları ilə bağlı “Space” TV-dən - Açıqlama
2-06-2026, 11:38
TƏBİB-də yeni təyinat
2-06-2026, 10:57
Təhlükəli manevr və ara məsafəsinin pozulması qəzaya səbəb oldu
2-06-2026, 09:19
Kür sahilində 18 yaşlı gəncin meyiti tapıldı
1-06-2026, 22:03
Əməkdar jurnalist Əminə Yusifqızının 75 illik yubileyi qeyd olunub. FOTOLAR