“İnvest Az” şikrəti ətrafında qalmaqal davam edir – Şirkətin müflis elan edilməsi ilə bağı yeni fakt
Gündəm
Oxunub: 853
31 May 2021 | 19:26
“İnvest Az” şikrəti ətrafında qalmaqal davam edir – Şirkətin müflis elan edilməsi ilə bağı yeni fakt


Azərbaycanın məşhur forex şirkəti olan “İnvest Az”la bağlı qalmaqal davam edir. REPORTYOR.info xəbər verir ki, Türkiyə mediası şirkətin iflası barədə məlumat yayıb. Şirkətin rəhbərliyi xəbəri nə təkzib, nə də təsdiq edib. Əvəzində Azərbaycan mediasının Türkiyə mətbuatına istinadən yaydığı xəbər saytlardan silinib. Hətta bu xəbər Türkiyənin bəzi media platformalarından çıxarılıb.
Əməkdaşımızın araşdırmaları nəticəsində isə məlumatın əsassız olmadığını sübut edən fakt aşkarlanıb. Bu, məhkəmə sənədidir. Məlum olur ki, 11 may 2021-ci ildə “İnter Az” şirkətinin müflis elan edilməsi ilə bağlı İstanbul Ticarət Məhkəməsində iddia qaldırılıb.
Bu fakt “İnter Az”ın iflasa uğraması barədə iddiaların əsassız olmadığını göstərir.
Bundan əvvəl sözügedən şirkətin Türkiyəli iş adamı Yunus Akgünün 1 milyon dollarını mənimsədiyi iddia edilirdi. Bildirilirdi ki, türkiyəli iş adamı “InvestAZ”da öz hesabına 891 bin 753 dollar yatırım edərək alqı-satqı etməyə başlayıb. Bir müddət sonra isə bu pul onun razılığı olmadan xaricdə başqa bir şirkətin hesabına köçürülüb. Bu məsələni aydınlaşdırmaq üçün “InvestAZ”ın Türkiyədəki ofisinə müraciət etsə də, onu Bakıya yönləndiriblər. Azərbaycanda isə şirkət rəsmilərindən heç kim onu qəbul etməyib.
Bundan sonra İstanbul prokurorluğuna şikayət ərizəsi ilə müraciət edib. Araşdırma nəticəsində məlum olub ki, təxminən 1 milyon dollarlıq yatırım heç vaxt Yunus Akgünün hesabında olmayıb. “InvestAZ” onun üçün bir bulud sistemi yaradıb və iş adamı orada saxta alqı-satqı hərəkətləri edib.
Daha sonra onun pulu Yeni Zellandiyada fəaliyyət göstərən “Invest-AZ Limited” adlı şirkətin hesabına köçürülüb. Bu araşdırmadan sonra “InvestAZ” 1 milyon 836 min 538 lirə cərimə olunub.
Daha sonra istintaqa cəlb edilən Elşən Quliyev, Ceyhun Abdullayev və Ümit Arca iş adamı Yunus Akgünü tanımadıqlarını, belə bir müştərilərinin olmadığını, Yeni Zellandiyada fəaliyyət göstərən “Invest-AZ Limited” şirkəti ilə bir əlaqələrinin olmadığını bildiriblər.
İstintaqla müəyyən edilib ki, pul cəza aldıqdan sonra “InvestAZ” təcili şəkildə saytını, email adresini və yatırımçı girişi panellərini dəyişib. İstintaqdan öncə şirkətin Türkiyədəki saytından Azərbaycandakı və Yeni Zellandiyadakı şirkətlərin saytına keçid olduğu, lakin araşdırmalardan sonra bu yönləndirmənin çıxarıldığı müəyyən olunub.

İstanbul prokurorluğu ittiham aktı tərtib edərək “InvestAZ”ın rəhbəri Elşən Quliyev, şirkətin İdarə heyətinin üzvü Ceyhun Abdullayev və icraçı direktor Ümit Akcanın, hər birinin 17 il müddətinə azadlıqdan məhrum edilməsini istəmişdi.
“İnvest Az” müflis elan edilməsi barədə məhkəmədə iddia qaldıran da Yunus Akgündür.


“İnvest Az” şikrəti ətrafında qalmaqal davam edir – Şirkətin müflis elan edilməsi ilə bağı yeni fakt
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
Keçid et
Dün, 22:17
Aeroport yolunda piyadanı maşın vurub öldürdü
Dün, 22:14
Zığdakı kütləvi dava ilə bağlı - 7 nəfər saxlanıldı
Dün, 17:41
Türkiyədə İŞİD-ə qarşı əməliyyat - 360-dan çox saxlanılan var
Dün, 17:38
Ölkənin bir sıra rayonlarında intensiv yağış yağır – FAKTİKİ HAVA
5-06-2026, 23:53
Vətən Müharibəsi Qəhrəmanına - Ağır itki
5-06-2026, 18:35
"ADY"rekord artım açıqladı: 5 ayda 4,5 milyondan çox sərnişin daşınıb
5-06-2026, 12:58
Yevlax sakini Lökbatandakı yanacaqdoldurma məntəqəsində öldü
5-06-2026, 12:12
Hərbidən qayıdıb əvvəlki vəzifəyə təyin oluna biləcəklər
5-06-2026, 10:54
Prezident millimizi qələbə münasibətilə təbrik etdi
5-06-2026, 10:50
İraqda şiə alimi vəfat etdi, üçgünlük matəm elan olundu
5-06-2026, 09:11
Kolumbiyada yük gəmisində partlayış - Ölənlər və yaralananlar var
5-06-2026, 09:06
Göyçay polisi əməliyyat keçirdi:Marixuana və tiryək aşkarlanıb, iki nəfər həbs olunub
5-06-2026, 08:58
“Ulduz” jurnalının şöbə redaktoru vəfat etdi
5-06-2026, 08:57
DTX-də kibertəhqiqat istiqaməti fəaliyyətə başladı
5-06-2026, 08:36
DTX-də kibertəhqiqat istiqaməti fəaliyyətə başladı
4-06-2026, 15:35
Mingəçevir Dövlət Universitetində regionun ən böyük Kibertəhlükəsizlik Laboratoriyasının açılışı olub
4-06-2026, 11:57
Onlardan sürücülük vəsiqəsi tələb olunacaq
4-06-2026, 01:08
Şəhidin xanımı niyə qətlə yetirilib? Atası və anası danışdı.-VİDEO
3-06-2026, 23:58
Mingəçevir Dövlət Universitetinin tələbələri Ümumdünya Velosiped Günündə veloyürüşə qoşuldular
3-06-2026, 22:47
Cəlilabadda qadın qətlə yetirildi - Şübhəlinin 15 yaşı var
3-06-2026, 20:32
Həmin sürücü 30 sutka həbs edildi
2-06-2026, 20:06
Prezident bu xanıma yüksək vəzifə verdi
2-06-2026, 20:04
Azərbaycanda əsgərlər həftəsonu evə buraxıla bilər? — AÇIQLAMA
2-06-2026, 17:32
AYNA vəkilə 2 manat parklanma pulu ödəyəcək
2-06-2026, 17:27
Bakı–Tbilisi–Qars dəmir yolu genişmiqyaslı modernləşdirmədən sonra yeni mərhələyə qədəm qoyur
2-06-2026, 16:58
Baş DYP İdarəsi küləkli hava şəraiti ilə bağlı əhaliyə müraciət etdi
2-06-2026, 11:45
Gecikmiş maaş iddiaları ilə bağlı “Space” TV-dən - Açıqlama