Avtomobil su kanalına aşdı, ölənlər var
Hadisə
Oxunub: 86
25 Mrt 2026 | 13:30
Avtomobil su kanalına aşdı, ölənlər var
Sərt döngədə idarəetmədən çıxan avtomobil su kanalına aşıb.


Dialoq.az xəbər verir ki,bu barədə DİN-in mətbuat xidmətindən məlumat verilib.Belə ki bu gün, saat 09:00 radələrində Zərdab-Mollakənd avtomobil yolunun Əlvənd kəndi ərazisindən keçən 20-ci kilometrində Laçın rayon sakini Vəkil Abışovun idarə etdiyi “"Hyundai" markalı avtomobil sərt döngədə idarəetmədən çıxaraq su kanalına aşıb.

Qəza nəticəsində avtomobildə olan sərnişinlərdən Rasim Nəsibov və Paket Nəsibova hadisə yerində həyatlarını itirib. Sürücü və digər üç sərnişin - Vidadi Nəsibov, Ramilə Nəsibova və Mütəllim Mütəllimov xəstəxanaya çatdırılıb. Faktla bağlı araşdırma aparılır.

Bir ailənin bayram sevincinə son qoyan sözügedən yol qəzasının ilkin təhlili bir daha deməyə əsas verir ki, sərt döngəli yollarda sürət həddinin yol və hava şəraitinə uyğun seçilməməsi, sürücülərin yorğun, yuxusuz, yaxud sükan arxasında diqqəti yayındıran hərəkətlərə aludə olması onların özlərinin, doğmalarının, eləcə də digər hərəkət iştirkçılarının həyat və sağlamlığı üçün hər zaman ciddi təhdiddir.

Baş Dövlət Yol Polisi İdarəsi bir daha sürücülərə, xüsusilə sərnişin və yükdaşıma fəaliyyəti göstərən şəxslərə müraciət edərək onları sürət həddini gözləməyə, yorğun, yuxusuz halda sükan arxasına əyləşməməyə, diqqəti yayındıran hərəkətlərdən çəkinməyə, avtomobilin texniki sazlığını səfərdən öncə, eləcə də səfər boyu nəzarətdə saxlamağa çağırır.

Bayram tətilinin xoş təəssüratlarla yadda qalması üçün yol hərəkəti iştirakçılarından məsuliyyətli olmağı və verilən tövsiyələrə qeyd-şərtsiz əməl etməyi xahiş edirik.
Dialoq.az
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
Keçid et
Dün, 23:53
Vətən Müharibəsi Qəhrəmanına - Ağır itki
Dün, 18:35
"ADY"rekord artım açıqladı: 5 ayda 4,5 milyondan çox sərnişin daşınıb
Dün, 12:58
Yevlax sakini Lökbatandakı yanacaqdoldurma məntəqəsində öldü
Dün, 12:12
Hərbidən qayıdıb əvvəlki vəzifəyə təyin oluna biləcəklər
Dün, 10:54
Prezident millimizi qələbə münasibətilə təbrik etdi
Dün, 10:50
İraqda şiə alimi vəfat etdi, üçgünlük matəm elan olundu
Dün, 09:11
Kolumbiyada yük gəmisində partlayış - Ölənlər və yaralananlar var
Dün, 09:06
Göyçay polisi əməliyyat keçirdi:Marixuana və tiryək aşkarlanıb, iki nəfər həbs olunub
Dün, 08:58
“Ulduz” jurnalının şöbə redaktoru vəfat etdi
Dün, 08:57
DTX-də kibertəhqiqat istiqaməti fəaliyyətə başladı
Dün, 08:36
DTX-də kibertəhqiqat istiqaməti fəaliyyətə başladı
4-06-2026, 15:35
Mingəçevir Dövlət Universitetində regionun ən böyük Kibertəhlükəsizlik Laboratoriyasının açılışı olub
4-06-2026, 11:57
Onlardan sürücülük vəsiqəsi tələb olunacaq
4-06-2026, 01:08
Şəhidin xanımı niyə qətlə yetirilib? Atası və anası danışdı.-VİDEO
3-06-2026, 23:58
Mingəçevir Dövlət Universitetinin tələbələri Ümumdünya Velosiped Günündə veloyürüşə qoşuldular
3-06-2026, 22:47
Cəlilabadda qadın qətlə yetirildi - Şübhəlinin 15 yaşı var
3-06-2026, 20:32
Həmin sürücü 30 sutka həbs edildi
2-06-2026, 20:06
Prezident bu xanıma yüksək vəzifə verdi
2-06-2026, 20:04
Azərbaycanda əsgərlər həftəsonu evə buraxıla bilər? — AÇIQLAMA
2-06-2026, 17:32
AYNA vəkilə 2 manat parklanma pulu ödəyəcək
2-06-2026, 17:27
Bakı–Tbilisi–Qars dəmir yolu genişmiqyaslı modernləşdirmədən sonra yeni mərhələyə qədəm qoyur
2-06-2026, 16:58
Baş DYP İdarəsi küləkli hava şəraiti ilə bağlı əhaliyə müraciət etdi
2-06-2026, 11:45
Gecikmiş maaş iddiaları ilə bağlı “Space” TV-dən - Açıqlama
2-06-2026, 11:38
TƏBİB-də yeni təyinat
2-06-2026, 10:57
Təhlükəli manevr və ara məsafəsinin pozulması qəzaya səbəb oldu
2-06-2026, 09:19
Kür sahilində 18 yaşlı gəncin meyiti tapıldı
1-06-2026, 22:03
Əməkdar jurnalist Əminə Yusifqızının 75 illik yubileyi qeyd olunub. FOTOLAR