Mingəçevir Dövlət Universiteti Türkiyənin 2 böyük Universiteti ilə anlaşdı: Regionda PUA hazırlanacaq. Mühəndislik profilli tələbələr Türkiyəyə göndərilir
İqtisadiyyat / Sosial
Oxunub: 110
22 Nis 2026 | 15:44
Mingəçevir Dövlət Universiteti Türkiyənin 2 böyük Universiteti ilə anlaşdı: Regionda PUA hazırlanacaq. Mühəndislik profilli tələbələr Türkiyəyə göndərilir

Mingəçevir Dövlət Universiteti Türkiyənin
2 böyük Mingəçevir Dövlət Universiteti innovasiya yönümlü inkişaf strategiyasına uyğun olaraq pilotsuz uçuş aparatları (PUA) sahəsində beynəlxalq əməkdaşlığın genişləndirilməsi istiqamətində mühüm addım atır.


Dialoq.az xəbər verir ki,Universitet bu istiqamətdə Türkiyənin aparıcı ali təhsil müəssisələri – Orta Doğu Texnik Universiteti və OSTİM Texnik Universiteti ilə əməkdaşlığa başlayır.

MDU-nun təşəbbüsü ilə irəli sürülmüş “Beynəlxalq İHA Texnologiyaları İnkişafı Layihəsi” çərçivəsində hər iki universitet tərəfindən əməkdaşlıq təklifi müsbət qarşılanıb və birgə fəaliyyətin həyata keçirilməsi ilə bağlı ilkin razılıq əldə olunub.

Əməkdaşlıq çərçivəsində tərəfdaş universitetlər layihəyə akademik heyət və tələbə səviyyəsində dəstək göstərməyə hazır olduqlarını bildiriblər. Layihədə həm əməkdaşların, həm də müvafiq sahədə potensialı olan tələbələrin iştirakının təmin edilməsi nəzərdə tutulur.

Bununla yanaşı, MDU-nun “Elektrik və elektronika mühəndisliyi”, “Sənaye mühəndisliyi”, “Kompüter mühəndisliyi”, “İnformasiya texnologiyaları”, “İnformasiya təhlükəsizliyi” və “Nəqliyyat mühəndisliyi” ixtisaslarında təhsil alan, proqrama seçilmiş tələbələr və akademik heyətin Türkiyənin adıçəkilən universitetlərində təşkil olunacaq qısamüddətli təlim və inkişaf proqramlarında iştirakı planlaşdırılır. May ayında keçirilməsi nəzərdə tutulan bu proqramlar çərçivəsində iştirakçılar PUA texnologiyaları sahəsində praktiki bilik və bacarıqlar əldə edəcəklər.

Eyni zamanda, tərəfdaş universitetlərin ixtisaslaşmış akademik heyətinin layihəyə cəlb olunması və birgə elmi-tədqiqat fəaliyyətinin təşkili nəzərdə tutulur. Bu əməkdaşlıq modeli universitetlər arasında bilik və təcrübə mübadiləsini gücləndirməklə yanaşı, regionda yüksək texnologiyaların, xüsusilə pilotsuz uçuş aparatlarının hazırlanması istiqamətində real nəticələrin əldə olunmasına zəmin yaradacaq.

MDU-nun bu təşəbbüsü universitet–sənaye–tədqiqat inteqrasiyasının gücləndirilməsi, mühəndislik təhsilinin praktik yönümlü inkişafı və regionda innovativ insan kapitalının formalaşdırılması baxımından mühüm əhəmiyyət daşıyır.

Qeyd edək ki, Mingəçevir Dövlət Universiteti son illərdə beynəlxalq tərəfdaşlıqlarını genişləndirərək tətbiqi elmi-tədqiqat və texnologiya transferi istiqamətində yeni yanaşmaların formalaşdırılmasına xüsusi önəm verir.
Dialoq.az
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
Keçid et
Dün, 23:53
Vətən Müharibəsi Qəhrəmanına - Ağır itki
Dün, 18:35
"ADY"rekord artım açıqladı: 5 ayda 4,5 milyondan çox sərnişin daşınıb
Dün, 12:58
Yevlax sakini Lökbatandakı yanacaqdoldurma məntəqəsində öldü
Dün, 12:12
Hərbidən qayıdıb əvvəlki vəzifəyə təyin oluna biləcəklər
Dün, 10:54
Prezident millimizi qələbə münasibətilə təbrik etdi
Dün, 10:50
İraqda şiə alimi vəfat etdi, üçgünlük matəm elan olundu
Dün, 09:11
Kolumbiyada yük gəmisində partlayış - Ölənlər və yaralananlar var
Dün, 09:06
Göyçay polisi əməliyyat keçirdi:Marixuana və tiryək aşkarlanıb, iki nəfər həbs olunub
Dün, 08:58
“Ulduz” jurnalının şöbə redaktoru vəfat etdi
Dün, 08:57
DTX-də kibertəhqiqat istiqaməti fəaliyyətə başladı
Dün, 08:36
DTX-də kibertəhqiqat istiqaməti fəaliyyətə başladı
4-06-2026, 15:35
Mingəçevir Dövlət Universitetində regionun ən böyük Kibertəhlükəsizlik Laboratoriyasının açılışı olub
4-06-2026, 11:57
Onlardan sürücülük vəsiqəsi tələb olunacaq
4-06-2026, 01:08
Şəhidin xanımı niyə qətlə yetirilib? Atası və anası danışdı.-VİDEO
3-06-2026, 23:58
Mingəçevir Dövlət Universitetinin tələbələri Ümumdünya Velosiped Günündə veloyürüşə qoşuldular
3-06-2026, 22:47
Cəlilabadda qadın qətlə yetirildi - Şübhəlinin 15 yaşı var
3-06-2026, 20:32
Həmin sürücü 30 sutka həbs edildi
2-06-2026, 20:06
Prezident bu xanıma yüksək vəzifə verdi
2-06-2026, 20:04
Azərbaycanda əsgərlər həftəsonu evə buraxıla bilər? — AÇIQLAMA
2-06-2026, 17:32
AYNA vəkilə 2 manat parklanma pulu ödəyəcək
2-06-2026, 17:27
Bakı–Tbilisi–Qars dəmir yolu genişmiqyaslı modernləşdirmədən sonra yeni mərhələyə qədəm qoyur
2-06-2026, 16:58
Baş DYP İdarəsi küləkli hava şəraiti ilə bağlı əhaliyə müraciət etdi
2-06-2026, 11:45
Gecikmiş maaş iddiaları ilə bağlı “Space” TV-dən - Açıqlama
2-06-2026, 11:38
TƏBİB-də yeni təyinat
2-06-2026, 10:57
Təhlükəli manevr və ara məsafəsinin pozulması qəzaya səbəb oldu
2-06-2026, 09:19
Kür sahilində 18 yaşlı gəncin meyiti tapıldı
1-06-2026, 22:03
Əməkdar jurnalist Əminə Yusifqızının 75 illik yubileyi qeyd olunub. FOTOLAR