“İki həftədən çoxdur 9 mərtəbəli binada lift işləmir...” - Rəsmi açıqlama
Sosial
Oxunub: 136
8 Ara 2025 | 17:18
“İki həftədən çoxdur 9 mərtəbəli binada lift işləmir...” - Rəsmi açıqlama
“Nizami rayonu, Naxçıvanski küçəsi 48 ünvanındakı binada iki həftədən çoxdur ki, lift işləmir. 9 mərtəbəli binanın sakinləri, xüsusən yaşlılar, uşaqlar, xəstələr pilləkənləri düşüb-çıxmaqda əziyyət çəkirlər”.

Dialoq.az xəbər verir ki,bu şikayətlə “Qafqazinfo”ya həmin binanın 8-ci mərtəbəsində yaşayan Etimad Muradov müraciət edib.

Onun sözlərinə görə, dəfələrlə aidiyyəti quruma zəng olunsa da, problem öz həllini tapmır: “Lift İdarəsinə dəfələrlə zəng etmişik. Bir dəfə gəlib baxdılar, dedilər ki, platası yanıb. Bir müddət onun alınmasını gözlədik. Nəhayət, alındı, bu dəfə də düzəltməyə gələndə dedilər ki, liftin elektrik naqilində qısaqapanma olub. “Azərişıq”dan gəlib baxmalıdırlar. Anlamıram ki, qurumları biz əlaqələndirməliyikmi? Yarım aydır zülm çəkirik...”

Məsələ ilə bağlı “Lifttəmir” İstehsalat Birliyinə müraciət etdik. Qurumdan sorğumuza cavab olaraq bildirildi ki, hazırda liftdəki nasazlığın aradan qaldırılması istiqamətində iş gedir: “Temp” Dövlət Müəssisəsi C.Naxçıvanski küçəsi 48 nömrəli binanın birinci blokunda lifti elektrik enerjisi ilə təmin edən kabel xəttində baş verən qısaqapanma nəticəsində lifti idarə edən ana plata və əyləc sisteminin platası yanaraq sıradan çıxıb. Hazırda mütəxəssislər tərəfindən yaranan nasazlığın aradan qaldırılması istiqamətində işlər görülür. Yaxın zamanlarda nasazlıq aradan qaldırılacaq və lift sazlanaraq sakinlərin istifadəsinə veriləcək”.

İdarədən həmçinin qeyd edilib ki, görülən işlərə dair sakinlərə məlumatlar verilib və onlara gələcəkdə bu kimi halların baş verməməsi üçün liftdən istifadə qaydalarına düzgün əməl edilməsi tövsiyə olunub.
Dialoq.az
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
Keçid et
Dün, 23:53
Vətən Müharibəsi Qəhrəmanına - Ağır itki
Dün, 18:35
"ADY"rekord artım açıqladı: 5 ayda 4,5 milyondan çox sərnişin daşınıb
Dün, 12:58
Yevlax sakini Lökbatandakı yanacaqdoldurma məntəqəsində öldü
Dün, 12:12
Hərbidən qayıdıb əvvəlki vəzifəyə təyin oluna biləcəklər
Dün, 10:54
Prezident millimizi qələbə münasibətilə təbrik etdi
Dün, 10:50
İraqda şiə alimi vəfat etdi, üçgünlük matəm elan olundu
Dün, 09:11
Kolumbiyada yük gəmisində partlayış - Ölənlər və yaralananlar var
Dün, 09:06
Göyçay polisi əməliyyat keçirdi:Marixuana və tiryək aşkarlanıb, iki nəfər həbs olunub
Dün, 08:58
“Ulduz” jurnalının şöbə redaktoru vəfat etdi
Dün, 08:57
DTX-də kibertəhqiqat istiqaməti fəaliyyətə başladı
Dün, 08:36
DTX-də kibertəhqiqat istiqaməti fəaliyyətə başladı
4-06-2026, 15:35
Mingəçevir Dövlət Universitetində regionun ən böyük Kibertəhlükəsizlik Laboratoriyasının açılışı olub
4-06-2026, 11:57
Onlardan sürücülük vəsiqəsi tələb olunacaq
4-06-2026, 01:08
Şəhidin xanımı niyə qətlə yetirilib? Atası və anası danışdı.-VİDEO
3-06-2026, 23:58
Mingəçevir Dövlət Universitetinin tələbələri Ümumdünya Velosiped Günündə veloyürüşə qoşuldular
3-06-2026, 22:47
Cəlilabadda qadın qətlə yetirildi - Şübhəlinin 15 yaşı var
3-06-2026, 20:32
Həmin sürücü 30 sutka həbs edildi
2-06-2026, 20:06
Prezident bu xanıma yüksək vəzifə verdi
2-06-2026, 20:04
Azərbaycanda əsgərlər həftəsonu evə buraxıla bilər? — AÇIQLAMA
2-06-2026, 17:32
AYNA vəkilə 2 manat parklanma pulu ödəyəcək
2-06-2026, 17:27
Bakı–Tbilisi–Qars dəmir yolu genişmiqyaslı modernləşdirmədən sonra yeni mərhələyə qədəm qoyur
2-06-2026, 16:58
Baş DYP İdarəsi küləkli hava şəraiti ilə bağlı əhaliyə müraciət etdi
2-06-2026, 11:45
Gecikmiş maaş iddiaları ilə bağlı “Space” TV-dən - Açıqlama
2-06-2026, 11:38
TƏBİB-də yeni təyinat
2-06-2026, 10:57
Təhlükəli manevr və ara məsafəsinin pozulması qəzaya səbəb oldu
2-06-2026, 09:19
Kür sahilində 18 yaşlı gəncin meyiti tapıldı
1-06-2026, 22:03
Əməkdar jurnalist Əminə Yusifqızının 75 illik yubileyi qeyd olunub. FOTOLAR