87 abidənin məlumatlarında düzəliş edilib

Mədəniyyət Nazirliyi yanında Daşınmaz mədəni sərvətlərin müəyyən edilməsi üzrə Ekspert Şurasının növbəti iclası keçirilib.
“Dialoq.az ” xəbər verir ki, iclasda mədəniyyət nazirinin müavini Səadət Yusifova Ekspert Şurası tərəfindən həyata keçirilən işlərin nəticələri barədə məlumat verib.
Bildirilib ki, ötən dövr ərzində Şuranın fəaliyyəti bir sıra nəticələrlə yadda qalıb. Keçirilən iclaslarda 500 abidə və yeni aşkar edilmiş nümunə müzakirə edilib, qanunvericiliyə uyğun olaraq Azərbaycan Milli Elmlər Akademiyasından rəy alınıb. 2025-ci ildə Binəqədi rayonu üzrə dövlət mühafizəsində olan 8 abidənin məlumatında düzəliş olunub, həmin ərazidə yerləşən 7 və işğaldan azad olunmuş ərazilərdə yerləşən 44 yeni aşkar edilmiş abidə daşınmaz tarix-mədəniyyət abidələrinin siyahısına daxil edilib. Həmçinin Nazirlər Kabinetinin 9 yanvar 2026-cı il tarixli 6 nömrəli Qərarı ilə 87 abidənin məlumatlarında düzəliş edilib.
Ekspert Şurasının sədri, Azərbaycan Memarlıq və İnşaat Universitetinin rektoru professor Gülçöhrə Məmmədova müzakirəyə çıxarılan məsələlər haqqında məlumat verib. Bildirib ki, iclasda 41 tarixi və memarlıq əhəmiyyəti daşıyan obyektin dövlət mühafizəsinə götürülməsi barədə məsələ Şura üzvlərinin müzakirəsinə təqdim olunub.
İclasda daşınmaz tarix-mədəniyyət abidələrinin siyahısına daxil edilməsi təklif olunan Astara, Xaçmaz, Xızı, Qobustan, Quba, Qusar, Lənkəran, Neftçala, Siyəzən, Şabran, Ucar və Tərtər rayonları, eləcə də Bakı və Sumqayıt şəhərləri üzrə ümumilikdə 41 yeni aşkar edilmiş nümunənin dövlət mühafizəsinə götürülməsi müzakirə edilib. Sözügedən məsələ ilə bağlı Şura üzvlərinin rəy və təklifləri dinlənilib, tarixi və memarlıq əhəmiyyəti daşıyan obyektlərin dövlət qeydiyyatına alınması üçün müvafiq tədbirlərin görülməsi barədə qərarlar qəbul edilib.

.

Dialoq.az
Dün, 23:53
Vətən Müharibəsi Qəhrəmanına - Ağır itki
Dün, 18:35
"ADY"rekord artım açıqladı: 5 ayda 4,5 milyondan çox sərnişin daşınıb
Dün, 12:58
Yevlax sakini Lökbatandakı yanacaqdoldurma məntəqəsində öldü
Dün, 12:12
Hərbidən qayıdıb əvvəlki vəzifəyə təyin oluna biləcəklər
Dün, 10:54
Prezident millimizi qələbə münasibətilə təbrik etdi
Dün, 10:50
İraqda şiə alimi vəfat etdi, üçgünlük matəm elan olundu
Dün, 09:11
Kolumbiyada yük gəmisində partlayış - Ölənlər və yaralananlar var
Dün, 09:06
Göyçay polisi əməliyyat keçirdi:Marixuana və tiryək aşkarlanıb, iki nəfər həbs olunub
Dün, 08:58
“Ulduz” jurnalının şöbə redaktoru vəfat etdi
Dün, 08:57
DTX-də kibertəhqiqat istiqaməti fəaliyyətə başladı
Dün, 08:36
DTX-də kibertəhqiqat istiqaməti fəaliyyətə başladı
4-06-2026, 15:35
Mingəçevir Dövlət Universitetində regionun ən böyük Kibertəhlükəsizlik Laboratoriyasının açılışı olub
4-06-2026, 11:57
Onlardan sürücülük vəsiqəsi tələb olunacaq
4-06-2026, 01:08
Şəhidin xanımı niyə qətlə yetirilib? Atası və anası danışdı.-VİDEO
3-06-2026, 23:58
Mingəçevir Dövlət Universitetinin tələbələri Ümumdünya Velosiped Günündə veloyürüşə qoşuldular
3-06-2026, 22:47
Cəlilabadda qadın qətlə yetirildi - Şübhəlinin 15 yaşı var
3-06-2026, 20:32
Həmin sürücü 30 sutka həbs edildi
2-06-2026, 20:06
Prezident bu xanıma yüksək vəzifə verdi
2-06-2026, 20:04
Azərbaycanda əsgərlər həftəsonu evə buraxıla bilər? — AÇIQLAMA
2-06-2026, 17:32
AYNA vəkilə 2 manat parklanma pulu ödəyəcək
2-06-2026, 17:27
Bakı–Tbilisi–Qars dəmir yolu genişmiqyaslı modernləşdirmədən sonra yeni mərhələyə qədəm qoyur
2-06-2026, 16:58
Baş DYP İdarəsi küləkli hava şəraiti ilə bağlı əhaliyə müraciət etdi
2-06-2026, 11:45
Gecikmiş maaş iddiaları ilə bağlı “Space” TV-dən - Açıqlama
2-06-2026, 11:38
TƏBİB-də yeni təyinat
2-06-2026, 10:57
Təhlükəli manevr və ara məsafəsinin pozulması qəzaya səbəb oldu
2-06-2026, 09:19
Kür sahilində 18 yaşlı gəncin meyiti tapıldı
1-06-2026, 22:03
Əməkdar jurnalist Əminə Yusifqızının 75 illik yubileyi qeyd olunub. FOTOLAR