Yevlax Şəhər İcra Hakimiyyəti Başçısının səyyar qəbulunda səsləndirilən növbəti vətəndaş müraciəti müsbət həllini tapıb

Yevlax Şəhər İcra Hakimiyyətinin Başçısı Anar Tağıyev rayonun Qaraoğlan kəndində keçirdiyi növbəti səyyar qəbul zamanı vətəndaşların müxtəlif məzmunlu müraciətlərini dinləyərək, İcra Hakimiyyətinin səlalhiyyətləri çərçivəsində olan məsələlər yerində həll edilmiş, digər müraciətlər isə aidiyyəti qurumlara yönləndirilməsi məqsədilə qeydiyyata alınmışdır.
Dialoq.az xəbər verir ki,səyyar qəbul zamanı bir qrup sakin müraciət edərək (M4) Bakı-Şamaxı-Yevlax magistral avtomobil yolunun 271-ci km-də, Qaraoğlan kəndinə ayrılan hissəsində indiyədək heç vaxt bütöv düz xətt olmadığından avomobillə kəndə daxil olarkən və çıxarkən çətinliklər yarandığını, bu ərazidə mütəmadi yol-nəqliyyat hadisələrinin baş verdiyini, xəsarət və insan tələfatı olduğunu bildirmiş, məsələnin həlli ilə bağlı köməklik göstərilməsini xahiş ediblər.
Şəhər İcra Hakimiyyəti Başçısının göstərişi ilə müraciət aidiyyəti üzrə AYNA-nın Yevlax Regional İdarəsinə yönləndirilmişdir. Regional İdarə tərəfindən yol-nəqliyyat hadisələrinin qarşısını almaq məqsədilə (M4) Bakı-Şamaxı-Yevlax magistral avtomobil yolunun 271-ci km-də, Qaraoğlan kəndinə ayrılan hissəsində hərəkət axınlarını ayıran qırıq-qırıq xətlər 1.1 nişanlama xətti (bütöv düz xətt) ilə əvəz olunmuş və vətəndaş məmnuniyyəti təmin edilmişdir.
Məlumat üçün bildiririk ki, bu xətt əks istiqamətli nəqliyyat axınlarını ayırır və yolların təhlükəli yerlərində ötməni, sola və geriyə dönmə manevrlərini qadağan edərək təhlükəsizliyi təmin edir.
Qeyd edək ki,bu barədə Yevlax Şəhər İcra Hakimiyyəti özünün rəsmi "Facebook" sosial şəbəkə hesabında paylaşım edib.

.

Dialoq.az
Dün, 23:53
Vətən Müharibəsi Qəhrəmanına - Ağır itki
Dün, 18:35
"ADY"rekord artım açıqladı: 5 ayda 4,5 milyondan çox sərnişin daşınıb
Dün, 12:58
Yevlax sakini Lökbatandakı yanacaqdoldurma məntəqəsində öldü
Dün, 12:12
Hərbidən qayıdıb əvvəlki vəzifəyə təyin oluna biləcəklər
Dün, 10:54
Prezident millimizi qələbə münasibətilə təbrik etdi
Dün, 10:50
İraqda şiə alimi vəfat etdi, üçgünlük matəm elan olundu
Dün, 09:11
Kolumbiyada yük gəmisində partlayış - Ölənlər və yaralananlar var
Dün, 09:06
Göyçay polisi əməliyyat keçirdi:Marixuana və tiryək aşkarlanıb, iki nəfər həbs olunub
Dün, 08:58
“Ulduz” jurnalının şöbə redaktoru vəfat etdi
Dün, 08:57
DTX-də kibertəhqiqat istiqaməti fəaliyyətə başladı
Dün, 08:36
DTX-də kibertəhqiqat istiqaməti fəaliyyətə başladı
4-06-2026, 15:35
Mingəçevir Dövlət Universitetində regionun ən böyük Kibertəhlükəsizlik Laboratoriyasının açılışı olub
4-06-2026, 11:57
Onlardan sürücülük vəsiqəsi tələb olunacaq
4-06-2026, 01:08
Şəhidin xanımı niyə qətlə yetirilib? Atası və anası danışdı.-VİDEO
3-06-2026, 23:58
Mingəçevir Dövlət Universitetinin tələbələri Ümumdünya Velosiped Günündə veloyürüşə qoşuldular
3-06-2026, 22:47
Cəlilabadda qadın qətlə yetirildi - Şübhəlinin 15 yaşı var
3-06-2026, 20:32
Həmin sürücü 30 sutka həbs edildi
2-06-2026, 20:06
Prezident bu xanıma yüksək vəzifə verdi
2-06-2026, 20:04
Azərbaycanda əsgərlər həftəsonu evə buraxıla bilər? — AÇIQLAMA
2-06-2026, 17:32
AYNA vəkilə 2 manat parklanma pulu ödəyəcək
2-06-2026, 17:27
Bakı–Tbilisi–Qars dəmir yolu genişmiqyaslı modernləşdirmədən sonra yeni mərhələyə qədəm qoyur
2-06-2026, 16:58
Baş DYP İdarəsi küləkli hava şəraiti ilə bağlı əhaliyə müraciət etdi
2-06-2026, 11:45
Gecikmiş maaş iddiaları ilə bağlı “Space” TV-dən - Açıqlama
2-06-2026, 11:38
TƏBİB-də yeni təyinat
2-06-2026, 10:57
Təhlükəli manevr və ara məsafəsinin pozulması qəzaya səbəb oldu
2-06-2026, 09:19
Kür sahilində 18 yaşlı gəncin meyiti tapıldı
1-06-2026, 22:03
Əməkdar jurnalist Əminə Yusifqızının 75 illik yubileyi qeyd olunub. FOTOLAR