Yevlaxda 8 Mart – Beynəlxalq Qadınlar Günü münasibətilə tədbir keçirilib

YAP Yevlax rayon təşkilatı Aparatının təşkilatçılığı ilə “8 Mart-Beynəlxalq Qadınlar Günü” münasibətilə tədbir keçirilib.
Dialoq.az xəbər verir ki,bu barədə Yevlax Şəhər İcra Hakimiyyəti özünün rəsmi "Facebook" sosial şəbəkə hesabında paylaşım edib.
Tədbirdə YAP Yevlax rayon təşkilatının sədri Rafiq Əliyev, Yevlax rayon Ağsaqqallar şurasının sədri Minnət Mürsəlov, Yeni Azərbaycan Partiyasının veteran üzvü Vahid Quliyev, Qarabağ Suvarma Kanalının İstismarı İdarəsinin rəisi Ariz Mikayılov və rayonda fəaliyyət göstərən idarə,müəssisə , təşkilat rəhbərləri, təhsil,səhiyyə, mədəniyyət işçiləri və gənclər iştirak ediblər.
Əvvəlcə müasir müstəqil Azərbaycanın qurucusu Ulu Öndər Heydər Əliyevin və torpaqlarımızn bütövlüyü uğrunda canlarını fəda etmiş qəhrəman şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edlib.
YAP Yevlax rayon təşkilatının sədri Rafiq Əliyev çıxışında qeyd edib ki, Ümummilli lider Heydər Əliyevin diqqət və qayğısı ilə qadınların cəmiyyətin müxtəlif sahələrində önə çəkildiyini, şəxsi bacarıq və qabiliyyətlərinin üzə çıxarılması istiqamətində mühüm addımlar atılıb. Qadın siyasətinin əsası məhz ulu öndər Heydər Əliyev tərəfindən qoyulub.
Yerli təşkilatın sədri vurğulayıb ki,Azərbaycan Prezident cənab İlham Əliyevin bu sahəyə ayırdığı diqqət Azərbaycan qadınının cəmiyyətdə yerini və nüfuzunu sürətlə artırıb. Müasir Azərbaycan dövlətində qadınların fəaliyyətinə geniş yer verilməsi, gender bərabərliyinin qorunması, eyni zamanda, cəmiyyətin bütün sahələrində lider qadınların yetişdirilməsi üçün əsaslı zəmin yaradılıb. Bu gün Azərbaycan qadını cəmiyyətin aparıcı qüvvəsi kimi çıxış edir və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın fəaliyyəti bütün dünyaya sübut edir ki, Azərbaycan qadını eyni zamanda fəal ictimai xadimdir.
Tədbirdə çıxış edənlər Yevlax rayon Ağsaqqallar şurasının sədri Minnət Mürsəlov və Yeni Azərbaycan Partiyasının veteran üzvü Vahid Quliyev vurğulayıblar ki, respublikamızda olduğu kimi Yevlaxın da sosial-iqtisadi və ictimai-siyasi həyatında qadınların böyük rolu vardır. Rayonumuzda qadınlar ölkə tarixinin bütün dövrlərində xalqın taleyüklü məsələlərinin həll edilməsinə öz töhfələrini veriblər.
Bu da gender bərabərliyinə tarixən göstərilən müsbət münasibətdən qaynaqlanır. Rayonumuzun qadınlarının bütün uğurlarının təməlində dövlətimizin böyük dəstəyi və davamlı qayğısı dayanır. Azərbaycan qadınlarının həm ailədə, həm işdə, həm də cəmiyyətdəki layiqli mövqeyi xalqımızın uğurlu, xoşbəxt sabahına, firavanlığına ən ciddi təminatlardan biridir.
Tədbirin sonunda 8 Mart – Beynəlxalq Qadınlar Günü münasibətilə bir qrup fəal qadın YAP Yevlax rayon təşkilatı tərəfindən təltif ediliblər.

.

.

.

.

.

.

.

.

.

.

.

.

.

.

.

.

.

.

.

.

Dialoq.az
Bugün, 17:41
Türkiyədə İŞİD-ə qarşı əməliyyat - 360-dan çox saxlanılan var
Bugün, 17:38
Ölkənin bir sıra rayonlarında intensiv yağış yağır – FAKTİKİ HAVA
Dün, 23:53
Vətən Müharibəsi Qəhrəmanına - Ağır itki
Dün, 18:35
"ADY"rekord artım açıqladı: 5 ayda 4,5 milyondan çox sərnişin daşınıb
Dün, 12:58
Yevlax sakini Lökbatandakı yanacaqdoldurma məntəqəsində öldü
Dün, 12:12
Hərbidən qayıdıb əvvəlki vəzifəyə təyin oluna biləcəklər
Dün, 10:54
Prezident millimizi qələbə münasibətilə təbrik etdi
Dün, 10:50
İraqda şiə alimi vəfat etdi, üçgünlük matəm elan olundu
Dün, 09:11
Kolumbiyada yük gəmisində partlayış - Ölənlər və yaralananlar var
Dün, 09:06
Göyçay polisi əməliyyat keçirdi:Marixuana və tiryək aşkarlanıb, iki nəfər həbs olunub
Dün, 08:58
“Ulduz” jurnalının şöbə redaktoru vəfat etdi
Dün, 08:57
DTX-də kibertəhqiqat istiqaməti fəaliyyətə başladı
Dün, 08:36
DTX-də kibertəhqiqat istiqaməti fəaliyyətə başladı
4-06-2026, 15:35
Mingəçevir Dövlət Universitetində regionun ən böyük Kibertəhlükəsizlik Laboratoriyasının açılışı olub
4-06-2026, 11:57
Onlardan sürücülük vəsiqəsi tələb olunacaq
4-06-2026, 01:08
Şəhidin xanımı niyə qətlə yetirilib? Atası və anası danışdı.-VİDEO
3-06-2026, 23:58
Mingəçevir Dövlət Universitetinin tələbələri Ümumdünya Velosiped Günündə veloyürüşə qoşuldular
3-06-2026, 22:47
Cəlilabadda qadın qətlə yetirildi - Şübhəlinin 15 yaşı var
3-06-2026, 20:32
Həmin sürücü 30 sutka həbs edildi
2-06-2026, 20:06
Prezident bu xanıma yüksək vəzifə verdi
2-06-2026, 20:04
Azərbaycanda əsgərlər həftəsonu evə buraxıla bilər? — AÇIQLAMA
2-06-2026, 17:32
AYNA vəkilə 2 manat parklanma pulu ödəyəcək
2-06-2026, 17:27
Bakı–Tbilisi–Qars dəmir yolu genişmiqyaslı modernləşdirmədən sonra yeni mərhələyə qədəm qoyur
2-06-2026, 16:58
Baş DYP İdarəsi küləkli hava şəraiti ilə bağlı əhaliyə müraciət etdi
2-06-2026, 11:45
Gecikmiş maaş iddiaları ilə bağlı “Space” TV-dən - Açıqlama
2-06-2026, 11:38
TƏBİB-də yeni təyinat
2-06-2026, 10:57
Təhlükəli manevr və ara məsafəsinin pozulması qəzaya səbəb oldu