Mingəçevir Dövlət Universiteti dünyanın nüfuzlu WURI 2026 beynəlxalq reytinqində TOP 100-də yer alıb

Mingəçevir Dövlət Universiteti ali təhsil sahəsində innovasiya, tələbəyönümlü yanaşma və sahibkarlıq ekosisteminin inkişafı istiqamətində həyata keçirdiyi fəaliyyətlərlə beynəlxalq səviyyədə mühüm uğura imza atıb.
Dialoq.az xəbər verir ki,nüfuzlu
“World University Rankings for Innovation” (WURI) 2026 beynəlxalq innovasiya reytinqinin nəticələrinə əsasən MDU iki mühüm kateqoriya üzrə dünyanın “Top 100” universitetləri sırasında yer alıb. Bununla yanaşı, Mingəçevir Dövlət Universiteti bu reytinqdə nəticə əldə edən Azərbaycandan yeganə ali təhsil müəssisəsi olub.
Belə ki, universitet:
WURI 2026 – Sahibkarlıq Mədəniyyəti və Ekosistemi (A4) kateqoriyası üzrə isə 73-cü yerə layiq görülüb.
WURI 2026 – Tələbə Dəstəyi və Tələbə İştirakı (A1) kateqoriyası üzrə dünyanın ən yaxşı universitetləri arasında 87-ci yerə;
Əldə olunan nəticələr universitetdə tələbə dəstəyi və iştirakçılıq mexanizmlərinin gücləndirilməsi, innovasiya və startap ekosisteminin inkişafı, sahibkarlıq mədəniyyətinin təşviqi, tələbəyönümlü idarəetmə modelinin tətbiqi və sosial təsir yaradan təşəbbüslərin beynəlxalq səviyyədə yüksək qiymətləndirildiyini göstərir.
Son illərdə MDU-da həyata keçirilən yaşıl kampus təşəbbüsləri, dayanıqlı inkişaf layihələri, tələbə innovasiya proqramları, sosial məsuliyyət fəaliyyətləri və beynəlxalq əməkdaşlıqlar universitetin qlobal innovasiya məkanındakı mövqeyini daha da gücləndirib.
Qeyd edək ki, WURI reytinqi universitetləri yalnız ənənəvi akademik göstəricilər üzrə deyil, həmçinin innovativ idarəetmə, sosial təsir, sənaye əməkdaşlığı, sahibkarlıq ekosistemi və dayanıqlı inkişaf istiqamətləri üzrə qiymətləndirən nüfuzlu beynəlxalq reytinq platformalarından biridir.
Dialoq.az
Dün, 23:53
Vətən Müharibəsi Qəhrəmanına - Ağır itki
Dün, 18:35
"ADY"rekord artım açıqladı: 5 ayda 4,5 milyondan çox sərnişin daşınıb
Dün, 12:58
Yevlax sakini Lökbatandakı yanacaqdoldurma məntəqəsində öldü
Dün, 12:12
Hərbidən qayıdıb əvvəlki vəzifəyə təyin oluna biləcəklər
Dün, 10:54
Prezident millimizi qələbə münasibətilə təbrik etdi
Dün, 10:50
İraqda şiə alimi vəfat etdi, üçgünlük matəm elan olundu
Dün, 09:11
Kolumbiyada yük gəmisində partlayış - Ölənlər və yaralananlar var
Dün, 09:06
Göyçay polisi əməliyyat keçirdi:Marixuana və tiryək aşkarlanıb, iki nəfər həbs olunub
Dün, 08:58
“Ulduz” jurnalının şöbə redaktoru vəfat etdi
Dün, 08:57
DTX-də kibertəhqiqat istiqaməti fəaliyyətə başladı
Dün, 08:36
DTX-də kibertəhqiqat istiqaməti fəaliyyətə başladı
4-06-2026, 15:35
Mingəçevir Dövlət Universitetində regionun ən böyük Kibertəhlükəsizlik Laboratoriyasının açılışı olub
4-06-2026, 11:57
Onlardan sürücülük vəsiqəsi tələb olunacaq
4-06-2026, 01:08
Şəhidin xanımı niyə qətlə yetirilib? Atası və anası danışdı.-VİDEO
3-06-2026, 23:58
Mingəçevir Dövlət Universitetinin tələbələri Ümumdünya Velosiped Günündə veloyürüşə qoşuldular
3-06-2026, 22:47
Cəlilabadda qadın qətlə yetirildi - Şübhəlinin 15 yaşı var
3-06-2026, 20:32
Həmin sürücü 30 sutka həbs edildi
2-06-2026, 20:06
Prezident bu xanıma yüksək vəzifə verdi
2-06-2026, 20:04
Azərbaycanda əsgərlər həftəsonu evə buraxıla bilər? — AÇIQLAMA
2-06-2026, 17:32
AYNA vəkilə 2 manat parklanma pulu ödəyəcək
2-06-2026, 17:27
Bakı–Tbilisi–Qars dəmir yolu genişmiqyaslı modernləşdirmədən sonra yeni mərhələyə qədəm qoyur
2-06-2026, 16:58
Baş DYP İdarəsi küləkli hava şəraiti ilə bağlı əhaliyə müraciət etdi
2-06-2026, 11:45
Gecikmiş maaş iddiaları ilə bağlı “Space” TV-dən - Açıqlama
2-06-2026, 11:38
TƏBİB-də yeni təyinat
2-06-2026, 10:57
Təhlükəli manevr və ara məsafəsinin pozulması qəzaya səbəb oldu
2-06-2026, 09:19
Kür sahilində 18 yaşlı gəncin meyiti tapıldı
1-06-2026, 22:03
Əməkdar jurnalist Əminə Yusifqızının 75 illik yubileyi qeyd olunub. FOTOLAR