Mingəçevir Dövlət Universitetində “MSU First Green Sports Festival”a hazırlıq işləri yekunlaşmaq üzrədir

Mingəçevir Dövlət Universitetində keçiriləcək “MSU First Green Sports Festival”ın təşkili ilə bağlı hazırlıq işləri yekunlaşmaq üzrədir. Bu gün universitetin rektoru Anar Eminov və Festivalın Təşkilat Komitəsi tərəfindən tədbirin keçiriləcəyi əsas məkanlara baxış keçirilib.
Qeyd edək ki, festival Mərkəzi Aran Regional Gənclər və İdman İdarəsi ilə birgə əməkdaşlıq çərçivəsində təşkil olunur və regionlarda keçirilən ilk genişmiqyaslı yaşıl idman festivalı hesab edilir. Baxışda təşkilat komitəsinin rəhbəri Azad Gözəlov də iştirak edib.
Baxış zamanı xüsusilə marafon, velosiped yarışı, voleybol və üzgüçülük üzrə nəzərdə tutulan idman məkanlarında aparılan hazırlıq işləri daha detallı şəkildə incələnib. Təhlükəsizlik tədbirləri, logistika, iştirakçı axınının idarə olunması, infrastrukturun hazırlıq səviyyəsi və texniki təminat məsələləri qiymətləndirilib.
Qeyd olunub ki, “MSU First Green Sports Festival” ekoloji davamlılıq, sağlam həyat tərzinin təşviqi və yaşıl kampus strategiyası çərçivəsində təşkil olunan regionun ən genişmiqyaslı yaşıl idman təşəbbüslərindən biridir. Festival idman, ekoloji maarifləndirmə və ictimai fəallığı vahid platformada birləşdirərək davamlı inkişaf dəyərlərinin təşviqinə xidmət edir.
Festival proqramı çərçivəsində müxtəlif idman yarışları, açıq hava fəaliyyətləri və ekoloji maarifləndirmə təşəbbüsləri həyata keçiriləcək. Tədbirin əsas məqsədi gənclər arasında sağlam həyat tərzinin təşviqi, ekoloji düşüncənin formalaşdırılması və yaşıl həyat fəlsəfəsinin təbliğidir.
Təşkilat komitəsinin məlumatına əsasən, tədbirdə 3000-dən çox iştirakçının iştirakı gözlənilir. Yarışların qalibləri medal, kubok və xüsusi sertifikatlarla təltif olunacaqlar.
Universitet nümayəndələri bildiriblər ki, festival tələbələr, gənclər və ictimaiyyət arasında sağlam həyat tərzinin təşviqi, ekoloji məsuliyyətin artırılması və yaşıl universitet təşəbbüslərinin dəstəklənməsi baxımından mühüm platforma olacaqdır.

.

.

.

.

.

Dialoq.az
Dün, 23:53
Vətən Müharibəsi Qəhrəmanına - Ağır itki
Dün, 18:35
"ADY"rekord artım açıqladı: 5 ayda 4,5 milyondan çox sərnişin daşınıb
Dün, 12:58
Yevlax sakini Lökbatandakı yanacaqdoldurma məntəqəsində öldü
Dün, 12:12
Hərbidən qayıdıb əvvəlki vəzifəyə təyin oluna biləcəklər
Dün, 10:54
Prezident millimizi qələbə münasibətilə təbrik etdi
Dün, 10:50
İraqda şiə alimi vəfat etdi, üçgünlük matəm elan olundu
Dün, 09:11
Kolumbiyada yük gəmisində partlayış - Ölənlər və yaralananlar var
Dün, 09:06
Göyçay polisi əməliyyat keçirdi:Marixuana və tiryək aşkarlanıb, iki nəfər həbs olunub
Dün, 08:58
“Ulduz” jurnalının şöbə redaktoru vəfat etdi
Dün, 08:57
DTX-də kibertəhqiqat istiqaməti fəaliyyətə başladı
Dün, 08:36
DTX-də kibertəhqiqat istiqaməti fəaliyyətə başladı
4-06-2026, 15:35
Mingəçevir Dövlət Universitetində regionun ən böyük Kibertəhlükəsizlik Laboratoriyasının açılışı olub
4-06-2026, 11:57
Onlardan sürücülük vəsiqəsi tələb olunacaq
4-06-2026, 01:08
Şəhidin xanımı niyə qətlə yetirilib? Atası və anası danışdı.-VİDEO
3-06-2026, 23:58
Mingəçevir Dövlət Universitetinin tələbələri Ümumdünya Velosiped Günündə veloyürüşə qoşuldular
3-06-2026, 22:47
Cəlilabadda qadın qətlə yetirildi - Şübhəlinin 15 yaşı var
3-06-2026, 20:32
Həmin sürücü 30 sutka həbs edildi
2-06-2026, 20:06
Prezident bu xanıma yüksək vəzifə verdi
2-06-2026, 20:04
Azərbaycanda əsgərlər həftəsonu evə buraxıla bilər? — AÇIQLAMA
2-06-2026, 17:32
AYNA vəkilə 2 manat parklanma pulu ödəyəcək
2-06-2026, 17:27
Bakı–Tbilisi–Qars dəmir yolu genişmiqyaslı modernləşdirmədən sonra yeni mərhələyə qədəm qoyur
2-06-2026, 16:58
Baş DYP İdarəsi küləkli hava şəraiti ilə bağlı əhaliyə müraciət etdi
2-06-2026, 11:45
Gecikmiş maaş iddiaları ilə bağlı “Space” TV-dən - Açıqlama
2-06-2026, 11:38
TƏBİB-də yeni təyinat
2-06-2026, 10:57
Təhlükəli manevr və ara məsafəsinin pozulması qəzaya səbəb oldu
2-06-2026, 09:19
Kür sahilində 18 yaşlı gəncin meyiti tapıldı
1-06-2026, 22:03
Əməkdar jurnalist Əminə Yusifqızının 75 illik yubileyi qeyd olunub. FOTOLAR